Slimfit
  1. TEXNOLOGİYA

Ən yaxşı şəkil çəkən smartfonlar

Ən yaxşı şəkil çəkən smartfonlar
Sakura

Ən yaxşı şəkil çəkən smartfonlar

Mobil fotoqrafiya yaxşı hobbidir. Onunla yaxşı qazanmaq və ya ən azından instqramda bəyənmə toplamaq olar. Ən yaxşı şəkil çəkən telefonları sizə təqdim edirik.

Siyahını Phandroid portalının redaktoru Kventin Kennemer hazırlayıb. Müəllif istənilən anda dəqiq və sürətli kadr çəkməyə qadir olan modelləri sıralayıb.

HTC U11

U11 – HTC şirkətinin cari flaqmanıdır. Smartfonun sensorlu yan çərçivəsi var ki, oradan kameranı aktivləşdirmək olar. Əsas f/1.7 Dual Pixel obyektivi 12 meqapiksellidir. Şəklin optik stabilləşdirilməsi, iki tonlu fleşə və saniyədə 30 kadr ilə 2160p video çəkmə funksiyası var. İndi smartfon DxOMark-da 90 balla ilk yeri tutur.

Google Pixel / Pixel XL

Google smartfonu f/2.0 diafraqmalı və 1.55 μm piksel ölçülü 12,3 meqapikselli Sony IMX378 sensoru əldə edib Selfi 8 meqapikseldir, video 4k ilədir. DxOMark Pixel U11-dən bir bal geri qalır. O ikinci yeri tutub.

Samsung Galaxy S8 / S8+

Galaxy S8 çərçivəsiz konstruksiya konsepsiyasını inkişaf etdirir. Smartfonlar mexaniki düymələrdən və ön tərəfdəki şirkət loqotipindən məhrum olunub. Arxa tərəfdə istifadəçiləri 12 meqapikselli optik stabilləşridirici və f/1.7 diafraqmalı Sony IMX260 kamerası var.

LG G6

G6 fevralda çıxıb. İki 13 meqapikselli kamera standart f/1.8 71 dərəcəli sensor və 100 dərəcə geniş bucaqlı  f/2.4 linzadan ibarətdir. Smartfon gündüz və gecə yaxşı şəkil çəkir.

Huawei Mate 9

Mate 9 kamerası iki Leica sensoru ilə fəxr edə bilər: 20 və 12 meqapikselli. Uzaq çəkilişlərə keyfiyyəti itirmədən iki dəfəli zum cavabdehdir.

Huawei P9

P9 ikili Leica kameralı daha bir qəhrəmandır. Birinci rəngli, ikinci monoxrom şəkil çəkir. Mənfi cəhəti: şəklin optik stabilləşdirilməsi yoxdur.

Nexus 6P

6P 2015-ci ildə buraxılıb, lakin 12 meqapikselli Sony sensoru 4K video çəkilişi etməyə qadirdir. DxOMark əməkdaşları 6P-ni yeni LG G6 ilə eyni sıraya qoyublar. Onların göstəriciləri 84 baldır.

LG G5 / V20

Müəllif rəng ötürməsi və yaxşı dəqiqliyinə görə iki LG smartfonunu siyahıya daxil edib. Qaranlıqda keyfiyyət aşağı düşür, lakin ümumilikdə bu flaqmanlar yaxşı şəkil çəkir.

HTC 10

Keçən ilki HTC 10 yenə də DxOMark reytinqində üçüncü pillədə qərar tutub. Smartfon 88 bal toplayıb. Mütəxəssislər istənilən şəraitdə əla detallaşdırma, sürətli avtofokus, yaxşı ekspozisiyanı qeyd ediblər.

Sony Xperia X

Sony smartfonunda 23 meqapikselli kamera var. Müəlliflərin fokuslamanın yüksək sürəti və 13 meqapikselli selfi xoşuna gəlib.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR