Slimfit
  1. İQTİSADİYYAT

SOCAR Türkiyəyə 4,4 min tona yaxın polipropilen ixrac edib

SOCAR Türkiyəyə 4,4 min tona yaxın polipropilen ixrac edib
Sakura

SOCAR Türkiyəyə 4,4 min tona yaxın polipropilen ixrac edib

 "SOCAR Polymer"in Polipropilen zavodunda istehsal olunmuş 4 400 tona yaxın polipropilen Türkiyəyə yola salınıb.

Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.

Bildirilib ki, ilin sonuna qədər daha 6 000 ton polipropilen ixrac olunacaq.

Xatırladaq ki, bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda genişçeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır.

Polipropilenin ixracına oktyabrın 5-dən başlanılıb. Məhsulun satışını “SOCAR Trading” şirkəti həyata keçirir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR