SOCAR Özbəkistanda neft çıxaracaq - müqavilələr bağladı
Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı - OGU 2019” beynəlxalq sərgisi çərçivəsində SOCAR 2 saziş imzalayıb.
FED.az xəbər verir ki, “Özbəkneftqaz, SOCAR və “BP Azerbaijan” şirkəti Aral dənizindəki 4 investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında saziş imzalayıb. Sazişə görə, geoloji kəşfiyyat işləri Aral dənizi akvatoriyasının Özbəkistan hissəsində aparılacaq. Kəşfiyayt işləri tərəflərin təsdiq etdiyi qrafikə əsasən, mərhələlərlə icra ediləcək.
İkinci saziş isə Qaşqadərya vilayətində olan 4 işlənmiş yatağın inkişafı ilə bağlıdır. Bu sazişi isə SOCAR və “Özbəkneftqaz” imzalayıb.
Sənədləri SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov, “Özbəkneftqaz” şirkətinin idarə heyətinin sədri Baxadur Sidikov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayl imzalayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət