Slimfit
  1. MARAQLI

Smartfon vasitəsilə izlənmədən yayınmağın yeganə yolu

Smartfon vasitəsilə izlənmədən yayınmağın yeganə yolu
Sakura

Ekspertlər smartfon vasitəsilə izlənmədən yayınmağın yeganə yolunu açıqlayıblar

Norwegian Consumer Council (NCC) şirkətini təmsil edən norveçli mütəxəssislər hazırladıqları hesabatda o qədər də xoş olmayan informasiyanı bölüşürlər: Sonradan reklam, tag etmək ( ehtimal ki, təkcə bu məqsədlə də yox) niyyəti ilə şəxsi məlumatların toplanmasından smartfon istifadəçiləri çətin ki, yayına biləcəklər. Bunun bircə üsulu qalır — smartfonlardan ümumiyyətlə istifadə etməmək.

Qalan hallarda mobil əlavələrin istifadəçi məlumatlarına xəbər vermədən "soxulması" ilə barışmaq lazımdır. Mütəxəssislər tərəfindən sınaqdan keçirilən proqram əlavələri isə üçüncü tərəfə (məşhur reklam platformaları kimi — Facebook, Google, Twitter - bəzilərinin adını ümumiyyətlə eşitməmisiniz) ötürülən informasiyanın həcmlərini azaltmaq imkanında deyillər.

Ens.az bildirir ki, tədqiqatda əşyaların vəziyyəti "reklam izləməsi" adlandırılır, şəxsi məlumatların bu cür total şəkildə toplanması isə İstehlakçıya, cəmiyyətə və biznesə ziyan vuran nəzarətdən çıxma durumu kimi səciyyələndirilir. Ekspertlər hər saniyədə milyard dəfələrlə qeydə alınan ciddi hüquq pozulmalarını göstərirlər.

Məlum olur ki, GPS məlumatları yalnız naviqatorları çəkmir, məsələn, şəkillər üçün əlavə filtr rolunu da oynayır, yaxud qadınların menstruasiya dövrlərinin təqvimləri, "əhval-ruhiyyənin skanerləri" və sair məlumatları toplayır. Hətta sadə görsənən uşaqlar üçün oyun və s. əlavələri də istifadəçi məlumatlarını 10- dan artıq maraqlı "tərəf"ə göndərmək iqtidarındadır. Bir çox əlavələr (proqramlar) hamı tərəfindən qəbul edilmiş qaydalara və tələblərə məhəl qoymayaraq , bir sıra hallarda bunu bilərəkdən pozaraq hərəkət edirlər. NCC-da müxtəlif ölkələrin müvafiq orqanlarının bu problemə diqqət yönəltməyini vacib hesab edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR