Slimfit
Skripka
Sakura

Skripka — simli musiqi aləti

Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır.

Tarixçə

Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivariolmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir.

Quruluşu

Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur.

Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir. 70 hissədən ibarətdir. Notları sol açarıyla yazılan skripkanın simləri sırasıyla SOL, RE, LA, Mİ olaraq akkord edilir. Simlərin köklənməsi belədir: IV-g, III-d¹, II-a¹, I-e². Diapazon kiçik oktavanın sol sahəsindən dördüncü oktavanın lya səsinə kimidir.

Skripka kamanı simlər üzərində yuxarı–aşağı hərəkət etdirməklə çalınır. Skripkada çalğı texnikası rəngarəng ştrixlərlə zəngin (detaşe, leqato, stakkado, pissikato) və geniş imkanlara malikdir.

Partiturada Skripka partiyası zərb alətlərindən aşağıda yazılır.

Skripkanın hissələri

Skripkanın hissələri
  Skripkanın gövdəsi
  Skripka efi
   Skripka darağı
  Skripka düyməsi 
  Sim dayaqları
   yandan görünən hissələri
   Skripkanın başı
  Simlərin köklənməsi G (sol), D (re), A (lya) и E (mi)
Tuning peg.png
Violin-scrolls.jpg
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR