Slimfit
  1. CƏMİYYƏT

Bu ilin üç ayında 15 kosmetoloji klinikada nöqsanlar aşkarlanıb

Bu ilin üç ayında 15 kosmetoloji klinikada nöqsanlar aşkarlanıb
Sakura

Bu ilin üç ayında 15 kosmetoloji klinikada nöqsanlar aşkarlanıb

"2025-ci ilin ilk 3 ayında kosmetoloji iş üzrə xidmət göstərən 15 özəl tibb müəssisəsində aparılan yoxlamalar nəticəsində 15 müəssisədə nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1-ci maddəsi üzrə 11, 215.1-ci maddəsi üzrə iki, 215.1-ci və 215.4-cü maddələri üzrə iki protokol tərtib edilib".

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə kosmetoloji iş üzrə xidmət göstərən 30 özəl tibb müəssisəsinin 16-da nöqsanlar (İXM-in 210.1-ci bəndi ilə - 10, 215-ci bəndi ilə - iki, 215.4-cü bəndi ilə - bir, və 215.4-cü bəndi ilə - üç pozuntu) aşkar edilib.

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, qaynar xətti (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR