Slimfit
  1. CƏMİYYƏT

"Gənc Qazilər" İctimai Birliyinin həbs olunan sədrinin şikayəti təmin olunmadı

"Gənc Qazilər" İctimai Birliyinin həbs olunan sədrinin şikayəti təmin olunmadı
Sakura

"Gənc Qazilər" İctimai Birliyinin həbs olunan sədrinin şikayəti təmin olunmadı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutub.

Ens.Az "Unikal"a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, məhkəmənin qərarına əsasən, Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR