Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid atası: “36 il xidmət etdim, oğlum üç aya məndən yüksəyə ucaldı”

Şəhid atası: “36 il xidmət etdim, oğlum üç aya məndən yüksəyə ucaldı”
Sakura

Şəhid atası: “36 il xidmət etdim, oğlum üç aya məndən yüksəyə ucaldı”

Üç ay öncə Ali Hərbi Məktəbi bitirərək zabit kimi xidmətə başlayan Məhəmməd Şəbiyev mayor olan atasından daha yüksək zirvəyə çatmağı arzulayır və hədəfləyirdi. O, bütün hərbçilər, hətta generalların belə çatacağı zirvəyə üç ayda yüksəldi, şəhidlik zirvəsinə, şəhadətə ucaldı.

Qafqazinfo”nun əməkdaşları şəhid atası mayor Vaqif Şəbiyevin evində olaraq ailədən reportaj hazırlayıblar.

Vaqif Şəbiyev Birinci Qarabağ Müharibəsində Şuşa, Goranboy və Tərtər uğrunda döyüşlərdə iştirak edib. O, müharibədən əvvəl Rusiyada zabit kimi hərbi xidmətdə olub:

“20 Yanvar hadisələrindən sonra istefa verib Bakıya gəldim, Azərbaycan Ordusuna yazıldım. O vaxt çox çətin idi, vahid komandanlıq yox idi, silah-sursat yox idi. Daşaltı əməliyyatında kəndin yarısına kimi getdik, dəstəmizin yarısı şəhid oldu, sonra Şuşaya girdik. Bundan sonra Tərtər uğrunda döyüşlərə qayıtdıq, bu rayonun işğal edilməməsinin səbəbi bizim briqada oldu”.

Şəhid Məhəmməd Şəbiyev də atası kimi hərbçi olmaq istəyib, amma daha yüksək rütbələrə qalxmağı hədəfləyib:

“Oğlum Məhəmməd də məni hərbçi kimi görüb, belə böyüdü. Mən torpaqların işğal edilməməsi üçün döyüşdüm, oğlum isə işğaldan azad etmək üçün. Əvvəl o mənimlə fəxr edirdi, hər yerdə deyirdi ki, atam hərbçidir. İndi mən oğlumla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu. Mənə həmişə deyirdi ki, sən mayor rütbəsində təqaüdə çıxdın, mən səndən yüksək olacağam. Mən 36 il hərbçi kimi xidmət etdim, amma oğlum üç ay ərzində məndən yüksəyə ucaldı, şəhid oldu, şəhidlik zirvəsinə qalxdı, mən bunu bacarmadım”.

V.Şəbiyev deyir ki, oğluna atasının adını qoyduğu üçün daim ona “Ata” deyə müraciət edib:

“Oğlumun adını əvvəl Zaur qoymuşdum, amma sənədləşdirməmişdim. Sonra qızım olanda ona anamın adını qoydum. Atam məndən incidi, sonra gedib şəhadətnamə alanda oğluma atamın adını yazdırdım. Gətirib şəhadətnaməni verəndə atam baxdı, heç nə demədi, durub alnımdan öpdü. Mən heç vaxt oğluma Məhəmməd deməmişəm, həmişə “Ata” deyirdim”.

Məhəmməd yanvar ayında öz sevdiyi qızla nişanlanıb. Apreldə toy etməyi planlasalar da, karantinə görə bu baş tutmayıb. İyunda isə Ali hərbi məktəbi bitirərək Ağdama hərbi xidmətə göndərilib. O, buraxılış gecəsindən sonra heç evə də gələ bilməyib. Həmin gün də birbaşa cəbhə zonasına ezam olunub.

Məhəmməd hərbi formasına qarşı çox həssas idi, istəməzdi ki bir az qırış olsun. Formanı üfləyə-üfləyə geyinirdi. Leytenant kimi ilk maaşı ilə qurbanlıq qoyun almışdı. İkinci maaşında isə nişanlısının ailəsini çağırıb məclis qurdu. Tort bişirtdirdi, əvvəldən tapşırmışdı ki, tortun üstündə hərbi rütbəsinin fotosu olsun. Yeddi illik əziyyətinin bəhrəsi idi o rütbələr. O rütbə onun üçün hər şey idi”.

Məhəmmədin səkkiz yaşlı qardaşı Malik isə sərhədçi olacağını, qırıcı təyyarə sürəcəyini deyir, üç yaşlı qardaşı Murad isə tankçı olmağı arzulayır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR