Samsung Galaxy A6 haqqında bütün detallar istehsalçı tərəfindən təsadüfən açıqlandı
Samsung təsadüfən anons olunmamış Galaxy A6 və Galaxy A6 Plus haqqında bütün informasiyanı açıqladı. Smartfonlar haqqında məlumatlar şirkətinin İndoneziya şöbəsinin saytında açıqlanıb. Qadcetlər orta seqmentdə yer tutacaqlar və bəzi flaqman variantları ilə cütlükdə balanslaşdırılmış özəlliklər təklif edəcəklər: məs. geniş formatlı ekranlı Infinity Display və Bixby dəstəyi.
Samsung Galaxy A6 5,6 düymlü 1480x720 (18,5:9) pikselli displeylə təchiz olunub. Cihazın daxilində Exynos 7870 prosessoru, 3GB/4GB əməli yaddaş, 32GB/64GB yaddaş və 3000 mA/s akkumulyator quraşdırılıb. Galaxy A6-nın arxa hissəsində f/1,7 diafraqma ilə 16 meqapikselli kamera, ön hissədə isə f/1,9 ilə 16 meqapikselli modul yerləşdirilmişdir.
Galaxy A6 Plus böyük modeli 2220x1080 (18,5:9) ölçülü 6 düymlü ekran, Snapdragon 450 prosessoru, 3GB/4GB “əməli yaddaş”, 32GB/64GB yaddaş, 3500 mA/s həcmli batareya və Bluetooth 5.0 modulu əldə edib. Samsung ilk dəfə A seriyasında ikili kamera tətbiq edib. Galaxy A6 Plus 16 və 5 meqapikselli foto modulları ilə təchiz olunmuşdur. Selfi çəkilişi üçün f/1,9 diafraqmalı və fleşli 24 meqapikselli ön kamera nəzərdə tutulub. Hər iki qadcet Dolby Atmos, Bixby Home və Bixby Vision texnologiyalarını dəstəkləyir, amma Bixby Voice ilə işləmirlər.
Galaxy A6 və Galaxy A6 Plus mayda təqdim olunacaq, amma anonsun dəqiq tarixi açıqlanmır.
Mənbə: 4pda.ru
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət