Dərc edildi: Baxış sayı: 748
Şair Məmmədhüseyn - A Məsmə
O gecə üzünü görəndən bəri,
Könül edər səni soraq, a Məsmə.
Sal, dola boynuma qara zülfləri,
Qəm dağıdan dövran quraq, a Məsmə.
At rübəndi, görüm ayna qabağı,
Əsirgəmə nazik türfə dodağı.
Səninlə olaram ömürlük yağı,
Gəzər olsan məndən iraq, a Məsmə.
Məmmədhüseynin fələk əyir işini,
Çox axtarır tapa bilmir tuşunu.
Qoy sinəm üstünə mərmər döşünü,
Ol ömrümə şölə, çıraq, a Məsmə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət