Slimfit
  1. ƏDƏBİYYAT

Şair Əbdüləzim - Göstərir

Şair Əbdüləzim - Göstərir
Sakura

Şair Əbdüləzim - Göstərir

Üsuli-din beş kəlmə, əvvəli tohid,
Dəlilində bir Allahı göstərir.
İkinci, Ədldi, yəni ədalət,
Ədl adil padşahı göstərir.

Üçüncü nübüvvət, haqdı peyğəmbər,
Adəmdən xatəmə verilir xəbər.
Yazılıb ayələr, olub mötəbər,
Quran bizə doğru rahı göstərir.

Dördüncü bərhaqda on iki imam,
Zahirdi, yəqindi, bilmirəm tamam.
Aqibət dərdimə eyləyib əncam,
Məhəmmədi, din pənahı göstərir.

Beşinci, məaddı: ölmək-dirilmək,
Bizlərə vacibdi bunları bilmək.
Əməlin əlində məhşərə gəlmək,
Həm savabı, həm günahı göstərir.

Əvvəl sovmü-salat vacibdi bizə,
Bərhaqda Xaliqim, görünməz gözə.
Orucsuz, namazsız təharət sizə
Məşhər günü nurullahı göstərir.

Əbdüləzim, çəksən zar ilə zillət,
Çaşmasın xəyalın, eyləmə küdrət.
Bu zari-fənada nə qədər möhnət,
Hər nə görsən, bir İlahi göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR