Rusiyalı milyarder “Olimpiya manifesti”nin əlyazmasını Olimpiya muzeyinə bağışlayıb
Rusiyalı iş adamı, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti Əlişir Usmanov müasir Olimpiya Oyunlarının banisi Pyer de Kuberten tərəfindən yazılan “Olimpiya manifesti”nin əlyazmasını Lozannadakı Olimpiya muzeyinə bağışlayıb.
TASS agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Olimpiya manifesti” ötən ilin dekabrında adı açıqlanmayan alıcı tərəfindən 8,8 milyon dollara alınıb. Manifesti Pyer de Kuberten 1889-cu ildə yazıb. On dörd səhifəlik əlyazmada müasir Olimpiya Oyunlarının əsasları əksini tapıb. Müasir Olimpiya Oyunlarının bərpası fransalı Pyer de Kubertenin adı ilə bağlıdır. Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər dörd ildən bir keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət