“Vaqner” qiyamı ilə bağlı son qərar verildi
İyunun 23-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Vaqner” özəl hərbi şirkətin silahlı qiyamı ilə bağlı başlatdığı istintaqa cinayət əməllərinin dayandırılması ilə əlaqədar xitam verilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya FTX Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət