Dərc edildi: Baxış sayı: 522
Rusiyada bütün məktəblilər imtahansız attestat alacaq
Rusiyada 9 və 11-ci sinifdə oxuyan bütün şagirdlər 2020-ci ildə imtahan vermədən attestat alacaqlar.
TASS-ın məlumatına görə, bu barədə RF Baş naziri Mixail Mişustinin imzaladığı fərmanda deyilir.
Yekun attestasiya üçün ənənəvi prosedur qaydaları pandemiya səbəbindən dəyişdirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, orta ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirmək istəyən məzunlar attestatın nəticələrinə əsasən qəbul olunacaqlar.
Ali təhsil almaq istəyənlər isə Vahid Dövlət İmtahanı verməlidirlər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət