Slimfit
  1. MEDİA

Rusiya və NATO generalları görüş yeri kimi niyə Bakını seçirlər?

Rusiya və NATO generalları görüş yeri kimi niyə Bakını seçirlər?
Sakura

Rusiya və NATO generalları görüş yeri kimi niyə Bakını seçirlər?

Rusiya Müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycandadır. O, Bakıda ABŞ Hərbi Hava Qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Todd Volterslə görüşəcək.

Bəs generallar görüş yeri kimi niyə Bakını seçib?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

“Valeri Gerasimovla Todd Volters arasında iyulun 3-də telefon danışığı olub. Deməli, elə həmin danışıqda onlar Bakıda görüşməyi razılaşdırıblar. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu, o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır.

Bakıda əvvəllər də belə görüşlər olub. Ancaq həmin görüşlərdə Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı general Körtis Skaparotti ilə görüşürdü. May ayında Skaparottini Todd Volters əvəz edib. Yəni bu, Voltersin Bakıda Gerasimovla ilk görüşüdür”.

Politoloq bildirib ki, son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır:

“Bundan başqa, ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb.

Təbii ki, bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha da artırmamağa xidmət edir. Bu baxımdan, Bakıdakı dialoqun əhəmiyyəti böyükdür”.

E.Şahinoğlunun fikrincə, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir:

“Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan, Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz.

NATO da Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR