Slimfit
  1. İQTİSADİYYAT

Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını III oxunuşda qəbul edib

Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını III oxunuşda qəbul edib
Sakura

Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını III oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.

 

Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR