Slimfit
  1. AZƏRBAYCAN

Rezidentlərin yekun attestasiyası keçiriləcək

Rezidentlərin yekun attestasiyası keçiriləcək
Sakura

Rezidentlərin yekun attestasiyası keçiriləcək

 Rezidentlərin yekun attestasiyasını Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası aparacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, attestasiya iki mərhələdə (test və praktik) olacaq.

Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun attestasiyanın test mərhələsi oktyabrın 24-də saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq oktyabrın 29-u və 30-u saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcək. Rezidentlərin göstərilən günlərdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilib:

İxtisaslar Tarix Attestasiyanın keçiriləcəyi yer
PsixiatriyaNarkologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Psixiatriyakafedrası,2 nömrəli Psixiatriya Xəstəxanası
Ürək-damar cərrahiyyəsi 30.10.2018 Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, II mərtəbə
Ümumi cərrahiyyə 29.10.201830.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası,X mərtəbə
Plastik cərrahiyyə 29.10.2018 Azərbaycan Tibb Universitetinin TədrisCərrahiyyəKlinikası, VIII mərtəbə
Urologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin TədrisCərrahiyyəKlinikası, XII mərtəbə
Nefrologiya 29.10.2018 Azərbaycan Tibb UniversitetininTədrisTerapiyaKlinikası, IV mərtəbə
Revmatologiya 29.10.2018 Azərbaycan Tibb UniversitetininTədrisTerapiyaKlinikası, XImərtəbə
İmmunologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin 5nömrəli tədris binası, I mərtəbə
Ftiziatriya 29.10.2018 Azərbaycan Tibb UniversitetininFtiziatriyakafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləriİnstitutu
Gigiyena 29.10.2018 Azərbaycan Tibb Universitetinin1 nömrəli tədris binası,IV mərtəbə
Mikrobiologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin4 nömrəlitədris binası, III mərtəbə
Laboratoriya işi 29.10.2018 Azərbaycan Tibb Universitetinin4 nömrəli tədris binası,Biokimyəvilaboratoriya
Epidemiologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin5 nömrəlitədris binası,VII mərtəbə
Anesteziologiya-reanimatologiya 29.10.201830.10.2018 Azərbaycan Tibb Universitetinin TədrisTerapiyaKlinikası, IVmərtəbə
Oftalmologiya 29.10.2018 Azərbaycan Tibb UniversitetininTədrisCərrahiyyəKlinikası,VI mərtəbə
Allerqologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin TədrisTerapevtikKlinikası, I mərtəbə
Stomatologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədrismərkəzi
Onkologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası
Mamalıq-ginekologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VI mərtəbə
Otorinolarinqologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VIII mərtəbə
Nevrologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, VII mərtəbə
Terapiya 29.10.201830.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, VIII mərtəbə
Kardiologiya 30.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə
Qastroenterologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, XI mərtəbə
Hematologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikasının Hematologiyaşöbəsi, XIII mərtəbə
Dermatovenerologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, I mərtəbə
Yoluxucu xəstəliklər 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, I mərtəbə
Endokrinologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, IX mərtəbə
Pediatriya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, V mərtəbə
Şüa diaqnostikası 29.10.201830.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, II mərtəbə
Üz-çənə cərrahiyyəsi 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VI mərtəbə
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza 29.10.2018 Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi
Sosial gigiyena və səhiyyənin təşkili 29.10.2018 Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili
Fizoterapiya və tibbi bərpa 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, VII mərtəbə
Neyrocərrahiyyə 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, IX mərtəbə
Travmatologiya-ortopediya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, IX mərtəbə
Uşaq cərrahiyyəsi 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VI mərtəbə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR