Slimfit
  1. TÜRKİYƏ

Rəcəb Tayyib Ərdoğan TRT-nin qonağı oldu

Rəcəb Tayyib Ərdoğan TRT-nin qonağı oldu
Sakura

Rəcəb Tayyib Ərdoğan TRT-nin qonağı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə fevralın 14-də Soçidə görüşəcəyini bildirdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio Televiziya Qurumunun (TRT) canlı yayımında gündəmə dair sualları cavablandırdı.
Prezident Türkiyənin Suriyanın şimalı ilə bağlı siyasətində bu ölkənin ərazi bütövlüyünü və siyasi birliyini əsas götürdüyünü bildirdərək: ''Biz Suriyanın bölünməsini istəmirik. Biz istər Rusiya, istər İran olsun, bu məsələdə Soçidə başlayan bütün danışıqlarda bunun üzərində vurğu etdik''dedi.
Ərdoğan Türkiyədən Rusiyaya heyət getdiyini və bu heyətin Rusiya tərəf-müqabilləri ilə danışıqlarında müsbət irəliləyişlərin olduğunu söylədi.
Prezident:'' Bu müsbət irəliləyişlərdən sonra buradakı təşkilatlar tezliklə bu torpaqları tərk edərlər. Buralar boşalınca  xalqları da torpaqlarına geri qayıdacaqlar'' dedi.
Sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini qeyd edən Ərdoğan Suriyaya 23 min TIR silah, hərbi vasitələrin girdiyini, yaxalanan bütün silahların ABŞ-a aid olduğunu bildirdi.
Türkiyə prezidenti ABŞ prezidenti Donald Trampın: ''Fərat çayının şərqindən çəkiləcəyik'' sözünü xatırladaraq: ''Ümidvaram ki, bunu qısa müddətdə həll edərlər. Çünki biz təhdid altında yaşamaq istəmirik. Təhdidə bir  işarə gördüyümüz anda lazım olanı edəcəyik. Buna qarşı hər növ hazırlığımız mövcuddur'' dedi.

 

 

Mənbə : Trt.net.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR