60 dəqiqədə unikal duyğular əldə edərək adi şeyləri unudacaqsınız
Bir çoxları bəlkə kvestdə iştirak etməyib və onun mövcud olması barədə eşitməyib. Hazırda məşhur olan bu oyunlar necə yaranıb və nə üçün belə məşhurdur? Ətraflı olaraq izah edək.
Kvest ilk olaraq kompüter oyunları janrlarından biri olaraq macəra oyunu kimi müəyyən olunub ki, bu da özündə oyunçunun idarə etdiyi əsas qəhrəman ilə interaktiv hekayəni təcəssüm etdirir. XXI əsrdə kompüter oyunları həvəskarları reallığa çıxmaq istədilər. “Canlı” kvestlər ABŞ, Yaponiya və müxtəlif Avropa ölkələrində yaranmağa başladı. Kvest janrında oyunda əsas element dünyanı araşdırmaqdır. Oyun prosesində açar rolunu isə tapşırıq və tapmacalar oynayır. Reallıqda kvest xüsusi olaraq hazırlanmış məkanda bir neçə insandan ibarət komanda oyunudur. İştirakçılardan məntiq, çeviklik və koordinasiya, həmçinin mütləq olaraq komanda ilə işləmək bacarığı tələb olunur.
Ümumilikdə kvest oyunları barədə aşağıdakıları qısa olaraq qeyd etmək olar:
60 dəqiqədə unikal duyğular əldə edərək adi şeyləri unudacaqsınız
Sonra isə yaşadığınız uzun müddət unutmayacaqsınız və bütün bunlar barədə dostlarınıza danışmaq istəyəcəksiniz
Qvest – macəradır
Bu reallıqda kvestdir. Bütün tapmacaları həll edin, sirli yerləri tapın, bütün mümkün əşya və ipuclarından istifadə edin, açarları tapın və qələbəyə qapını açın
Bu kino və ya kompüter oyunu kimidir, sadəcə hər şey reallıqda baş verir
Özünüz onun bir hissəsi ola bilirsinizsə, filmlərə baxmaq və ya kompüter oyunu oynamaq nəyə lazımdır?
Bu bir neçə insandan ibarət dost və ailə üzvləri üçün komanda oyunudur
Burada komanda işi qələbəyə doğru əsas açarınızdır
Sizi tematik otaqda bağlayırlar
Əslində bu heç də otaq deyil. Bu türmə, yeraltı koridor və ya digər yer ola bilər – hər kvestin özünün özəl ssenarisi və dekorasiyası var. Bir müddət qapının o tərəfində olanlar barədə unudun.
Missiyanı yerinə yetirmək üçün çox çalışmaq lazım olacaq.
Otaqdakı istənilən əşya “oynaya” və qələbə üçün çatışmayan pazlın bir hissəsi ola bilər. Burada hər şeyə toxunmaq, onları hərəkət etdirmək, bir-biri ilə kombinasiya qurmaq olar. Gözlənilməz ipucları axtarın və çox diqqətli olun.
Bütün bunlar üçün sizin 60 dəqiqəniz var
Kvesti keçmək üçün 1 saat vaxt çatmasa belə, qapılar istənilən halda açılacaq, lakin siz qalib olmayacaqsınız.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət