Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” yeni virtual reallıq şlemi təqdim edib

“Facebook” yeni virtual reallıq şlemi təqdim edib
Sakura

“Facebook” yeni virtual reallıq şlemi təqdim edib

“Facebook”a məxsus olan “Oculus” şirkəti “Quest” adlı yeni virtual reallıq qarniturunu təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Oculus Quest” şlemi 4 genişbucaqlı kamera və məkanda insanın mövqeyini müəyyənləşdirə bilən 2 sensorlu kontrollerdən ibarətdir.
 
“Facebook”un nümayəndəsi bildirib ki, təqdim edilmiş yeni virtual reallıq sisteminin hazırda dünyada analoqu yoxdur.
 
“Bu virtual reallıq qarnituru ümidlərimizi doğrultdu”  – Kaliforniyada keçirilmiş təqdimatda “Facebook”un direktoru Mark Zukerberq deyib.
 
İstehsalçıların sözlərinə görə, 64 QB-lıq daxili yaddaşa malik sözügedən qurğu gələn il 399 dollara satışa çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR