1 milyon dollarlıq tur
Turistlərə Nikaraqua sahillərində Karib dənizinin Kalala şəxsi adasına milyonluq tur təklif edildi. Bu barədə lüks mallar və xidmətlərin satışı üzrə ixtisaslaşmış VeryFirstTo xidməti xəbər verir.
Bu qiymətə adada bir həftə ərzində maksimum 10 insan (səkkiz böyük və iki uşaq) istirahət edə bilər. Tura istirahət edənlərin şəxsi təyyarə ilə ABŞ-a, daha sonra isə Nikaraquaya çatdırılması daxildir. Kalalaya isə onları vertolyotla aparacaqlar.
Adada qonaqları dörd villada yerləşdirəcəklər, orada onlara 25 nəfərdən ibarət heyət xidmət göstərəcək. İstirahət edənlərin əyləncəsinə akvalanqla dərinliyə üzmə, həmçinin 150 min dollar dəyərində qızıl külçə və sikkələrdən ibarət xəzinənin axtarışı üçün kvest təklif olunacaq.
Bundan başqa qonaqlara Kalalanın sahillərindən tutulmuş balıqlardan saşimi və rollar da hazırlanacaq. Onları həmçinin yüksək keyfiyyətli kürü ilə qonaq edəcəklər, aşpazlıq master klass keçəcəklər və 12 yeməkdən ibarət şam yeməyi təşkil edəcəklər.
Bütün bunlardan başqa turistlərə siqar bükməyi öyrədəcəklər, məşqlər Nikaraquadan olan mütəxəssislər tərəfindən aparılacaq. Kalalada həmçinin professional fotoqraf və hollivud video operator da işləyəcək ki, turistlərin istirahətini çəkib onlara çəkilişi təqdim etsinlər.
Cari ilin fevralında aydın oldu ki, amerika şirkəti təyyarə ilə dünyanın 20 şəhərinə 14 milyon dollara səyahət təklif etmişdi.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət