Slimfit
  1. MARAQLI

Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?

Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?
Sakura

Avropalıların və türklərin milliyyətçilik anlayışı – Milliyyətçilik nədir, harada və necə yarandı?

Azərbaycan Oğuz Türk yurdudur və bizlər Oğuz Türkləriyik. Bunu hər zaman yazılarımda xüsusi ilə qeyd edirəm. Məlum olduğu kimi əsla, digər milli azılıqları “ötəkiləşdirmək”, “o birileşdirmək” fikirində deyiləm. Amma bizləri ötəkiləşdirməyə çalışanlara qarşı bəzi gərçəkləri xatırlatmağı boynumun borcu bilirəm. Türk milləti olaraq hər zaman mərhəmətli və ədalətli olduğumuzu tarixi araşdıranlar bilirlər. Bizlər vətən torpağımızda olan azınlıqlara qarşı daima xoşgörülü olmuşuq. Amma türklərin bu yaxşı niyyətindən bir çox azınlıqlar istifadə etmiş və bizlərin içərisində barınaraq, güclənərək bizlərə qarşı savaş açmışlar. Bölücülük və xəyanət siyasəti həyata keçirmişlər. Ən yaxın tarixdə bunu  ermənilərin və onların törəmələri olan asala, pkk, kimi örgütlərin siyasətində görürük. Hal belə olunca bizlərin hər zaman bilincli, birlik halında olmağımız gərəkdiyini düşünürəm. Bu səbəbdən də Türk millətinə mənsub olduğumuzu hər zaman anlamamız və bunun bilincində yaşamamızın önəmli olduğundan yazılarımda xüsusi ilə bəhs edirəm. Türkçülük siyasətimizin və mədəniyyətimizin əsası olmalıdır. Çünki milliyətçilik və ya Türkçülük, Türk törəsinə əsaslanır ki, Türk törəsi də ədalət qavramının üzərində qurulmuşdur. Bu yazımızda da “milliyətçilik nədir?”, “Türk milliyətçiliyi nədir və necə meydana gəlmişdir?”, “Türkçü milliyətçilərin əsas amalı və düşüncəsi nə olmalıdır?” suallarına cavab tapmağa çalışacağıq.

Avropalıların milliyətçilik anlayışı

“Millət” sözü ərəbcədən “mell” sözündən törəmiş dişi cinsli bir kəlimədir. Məna olaraq məlum olan inanc sisteminə sahib olan insan qurupunu təmsil edir. Başqa bir deyişlə eyni inanc sistemini və ya dini paylaşan insan qrupu deməkdir. Latıncada “millət” qavramının qarşılığı “nature/doğa”dan törədilmiş, “nation” isə fransızca doğum yeri anlamına gəlməkdədir. Kökən bəlirləyicisidir. Millət qavramı zaman sürəsi içində günümüz Azərbaycan türkcəsində məna dəyişiminə məruz qalmış və ərəbcədəki mənasından fərqli anlam qazanmışdır. Ərab kökənli “millət”, latın kökənli “national” və günümüz türkçəsindəki “ulus”- əski Türkçədə “budun”- qavramı social elmlərdə adətən bir düzənləmə və örgütlənmə biçimi kimi tanınır.

Anthony D. Smith “Milliyətçilik çox zaman bəlirli bir dildə təhsil, öz dilində tv kanalı, müqəddəs abidələrin qorunması kimi simgə hədəflərin arxacınca qaçmaqdır” kimi qeyd edir. “Milliyətçilik” termini ilk dəfə Alman filosof J.G.Herder tərəfindən 18 əsrin sonlarında əsərlərində istifadə edilmişdir və ondan sonra 19 yüzildə milliyətçilik dildə adət halını almışdır. Milliyətçilik günümüzdə toplumsal, siyasal yaşamın ən evrənsəl-cihani və məşru-hüquqən qəbul edilən dəyəri olaraq anlaşılmaqdadır. Milliyətçilik, sadəcə bir toplumsal hərəkat çeşidi və bir siyasal ideoloji deyil, eyni zaman bir “kültür-xüsusi dəyərlər” biçimidir və “bir kültür-mədəniyyət/ kimlik biçimi olaraq” araşdırılması gərkən qavramdır. Fərqli bir şəkildə ifadə edilərsə, milliyətçilik kriz anlarında ya da çatışmalarda bəlirginləşən və sadəcə dar anlamıyla siyasətlə əlaqədar bir qavram deyil, əksinə toplu kimliyə təməl təşkil etməkdə olan bir bireysəl-fərdi kimlik və kültür məsələsidir. Bir çox avropalı alim elə hesab edir ki, milliyətçiliklər millətləri yaratmışdır, millətlər milliyətçilikləri deyil. Polşanın quruluşunda önəmli  bir yeri olan Pilsudskinin qeyd etmiş olduğu kimi, “Dövlət milləti qurar, millət dövləti deyil”. Bu araşdırmanı daha çox diqqətə gətirən  isə İtalyanın quruluşunda böyük bir rol oynayan Massimo d`Azeglo olmuşdur. “İtalyanı yaratdıq, indi də italyanları yaratmalıyıq”. Xüsusi ilə “Millətlər və Milliyətçiliklər”(1983) kitabı ilə milliyətçilik araşdırmaçılarının ən önəmli isimlərindən biri olan Gellner, millətlərin əşyanın təbiətində var olan və təbii türlər siyasi, fəlsəfi, dini, fikri qavramların bütününün (doktirinin) siyasal qavram olmadığını göstərərək, milliyətçilik əfsanəsinin qəbul edilməyəcəyini  vurğulamışdır. Milliyətçilik tamamən modern-müasir, yeni çağa aiddir . Buna əsaslanarq, Gellnerin çarpıcı ifadəsi ilə “milliyətçilik millətləri doğura bilərdi, millətlər milliyətçiliyi deyil”.

Milliyətçiliklə əlaqədar  son illərə qədər elm adamları, tədqiqatçılar hesab edirlər ki, iki tip milliyətçilik – ulusalçılıq vardır. Çeşidli-müxtəlif milliyətçiliklər, “yaxşı”  milliyətçilik və pis milliyətçilik şəklində, bir-birindən fərqli qavramlarmış kimi ikiyə ayrılmışdır. Amma söz etdiyimiz bu ayrım  milliyətçiliklərin öz arasındakı ortaq nöqtələri gizləyən və anlaşılmasını çətinləşdirən bir ayrımdır. Müxtəlif milliyətçilikləri ikiyə ayırmaq, bir-birindən tamamən fərqli, “yaxşı” və “pis” ya da “kültürəl-mədəni” və “siyasal” olaraq milliyətçilikləri sinifləndirmək, “yurd üçün ölməkdən vətən üçün öldürməyə keçişi fərqləndirmək qədər çətindir”. Milliyətçiliklə əlaqədar çalışmalarda, əsərlərdə çox tez-tez qarşılaşılan bu ayrımın bir tərəfində, “siyasal” ya da “sivil” milliyətçilik olaraq adlandırılan, bəlirli bölgəyə aid-teritoryal təməldə yurddaşlık əsasına dayanan və çoxunluqla Qərbi Avropada örnəklərinə aid edilən “yaxşı” milliyətçilik vardır. Bu milliyətçiliklər, xoşgörülü, cihani, barışcıl olub, milləti təşkil edən fərdlər arasında “yurddaşlıq” qavramı altında “bərabər” olaraq yaşadıqları milliyətçiliklərdir. Digər milliyətçiliklərə qarşı olumlu yanaşan, hətta onları qəbul edən bu milliyətçilik “QƏRB”Ə AİD OLANDIR, OLMASI GƏRƏKƏNDİR VƏ YAXŞI OLANDIR. Digər tərəfdə isə “kültürəl” ya da “etnik” milliyətçilik olaraq müəyyənləşdirilən, “pis” milliyətçiliklər də vardır. Yayğın olaraq şərqi-doğu Avropada, Balkan milliyətçiliklərinə işarət edən bu tip milliyətçiliklər etnik-kültürəl azlıqlar başda gəlmək üzərə yurddaşları təyziq göstərən milliyətçilikdir. Dil və kültür birliyini vurğulayan bu milliyətçilik yekparedir. Bu milliyətçilər dışlayıcı, fanatik və saldırqan, vəhşilik və savaşa yol açan milliyətçiklərdir. Daxildəki və xarcdəki milliyətçiliklərə boyun əydirməyə çalışan, onları kökdən qəbul etməyən, yox etməyə çalışan “digərlərinə” aid “pis” milliyətçiliklərdir.

Yuxarıda bəhs etdiyimiz avropalı elm adamləri tərəfindən qeyd edilən bu ayrım olduqca sorunlu, şübhə doğuran bir ayrımdı. Hər nə qədər Qərbli “sivil-siyasal” milliyətçiliklər ilə şərqli “etnik” milliyətçiliklər arasında şübhəsiz önəmli fərqliliklər olsa da, həm bu fərqliliklər dəqiq deyildir, həm də bu iki tip arasındakı tamamlayıcı əlaqə mütləq bir ayırım etməni imkansızlaşdırır. Çünki hər milliyətçilik-ulusalcılık ,dəyişgən və fərqli biçimlərdə həm siyasi, həm də etnik milliyətçiliyə məxsus xüsusiyyətləri özündə-bünyəsində birləşdirir. Bəzən sivil-siyasal milliyətçiliyə dair ünsürlər bəzən də etnik-kültürəl milliyətçiliyə dair ünsürlə daha təsirli olsa da hər zaman sivil tipi ilə etnik tip bir-biri ilə harmanlanmışdır. Fərqli bir ifadəylə hər milliyətçilik, kültürəl-etnik milliyətçilik və siyasai milliyətçilik iç-içə keçmiş bir durum ərz edir, meydana gətirir. Qaldı ki, iç-içəlik durumu sadəcə kültürəl-etnik milliyətçilik ilə sivil-siyasal milliyətçilik arasında deyildir. Balibarın qeyd etmiş olduğu kimi milliyətçilik ulusalcılıq ilə irqçilik arasındakı əlaqdə də sadəcə bir “dönüşmə” problemi deyil, bir “tarixsəl əlavələnmə” problemi vardır və milliyətçilik ilə irqçilik arasındakı aydınlanma hər zaman qarşıqlıq mövcud olmuşdur. “İrqçilik, milliyətçiliyin bir “xaricə çıxmağı” deyil, milliyətçiliyə bir əlavədir, ona müqayisədə hər zaman çoxdur, amma onun inşası üçün hər zaman lazımlıdır”. Bu durum istisna bir vəziyyət-anomali deyildir. Ulusalcılıq – milliyətçilik və irqçilik bir-biriylə dərindən əlaqəlidir və çağdaş demokrasinin ayrılmaz xüsuziyyətidir.

Hər milliyətçilik içində həm etnik, həm də sivil özəlliklərin hakim olduğu örnəklər – daimi bir təsir və rəqabət halında – bir arada var olmaqdadır. Connorda  Etnonationalism: The Quest for Understanding (1994) kitabinda milliyətçilik və etnik milliyətçilik ayrımına dair önəmli bir meydan oxuma  gerçəkləşdirmişdir. Connara görə millət, eyni atadan gəldiklərinə inanan insanların meydana gətirdikləri bir grup, milliyətçilik də insanların bu şəkildə tanınan millətlə özləşməsi və ona olan sədaqətidir. Bu səbəbdən etnik milliyətçilikdəki “etnik” kəliməsi  gərəksizdir. Çünki bütün milliyətçiliklər dəyişən ölçüdə də olsa təbiət etibarilə etnikdir.

Milliyətçilik bir millətin özərklik, birlik və kimlik qazanmasını və bunları qorumasını hədəfləyir. Milli kimlik insanları fərqliliklərinə rağmən bir arada tutan bir dayanışma qaynağı oladuğu da gözardı edilməməlidir. Milliyətçilik insanları duyğusal olaraq hərəkətləndirir. Böyük və qarmaşıq bir toplumsal dünyada insanlara ayidiyyatlıq  duyğusu  verir. Bu baxımdan, milliyətçiliyin çox geniş insan  qruplarındakı qarşılıqlı bağlılığın bir qaynağı olaraq görülməsi də mümükündür.

“Milliyətçilik” mümkün, tarixi və sosioloji bir varlık və sinifləndirilmiş bir olqu olan millət üzərinə təşkil edilmiş və sistemləndirilmiş bir düşüncə biçimi və ya anlayışıdır deyə bilərik. Bu baxımdan millət bir gerçəkdir və milliyyətçilik isə bu gərçəyin şüurlu bir biçimdə fərqinə varmakdır, ya da başqa bir deyişlə vəe yorumla milliyətçilik yalnızca ciddi çatışmalarda özünü göstərən saldırqan bir ideoloji, zaman-zaman ortaya çıxan bir “moda” deyildir. Milliyetçilik hər şeydən öncə bilincimizə bir şəkil verən, dünyanı mənalandırmağımızı təşkil edən bir söylem; başqa bir deyişlə, toplu kimliklərimizi bəlirləyən, günlük danışıqlarımızı, davranış və tutumlarımızı yönləndirən bir görmə və şərh etmə, bir algılama biçimidir deyə bilərik.
Türklərin milliyətçilik anlayışı

Türkçülük ,Türk millətini yüksəltmək deməkdir. Türkçülüyün məmləkətimizdə meydana  gəlməsindən əvvəl Avropada Türklüyə dair iki hərəkat mövcud olmuşdur. Bunlardan birirncisi Fransızcada “Turquerie” deyilən Türkpərəstlikdir-Türk heyranlığıdır. Türklərin əl işi olan ipəkli yun toxumalar, xalçalar, klimlər, çinilər, dəmirçi və maranqoz işləri; mücəllidlərin, təzibçilərin yazdıqları cildlər, manqallar, şamdanlar və.b. kimi Türk sənətinin əsərləri çoxdan Avropadakı “sənətsevərlərin” diqqətini cəlb etmişdi. Bunlar türklərin əsəri olan bu gözəl əşyaları minlərcə pul xərçləyərək toplayarlar və evlərində bir türk salonu yaxud Türk otağı meydana gətirərlər. Bəziləri də bunları başqa millətlərə aid estetik dəyərli sənət əsərləri ilə bərabər, bibloları-müxtəlif mazəmələrdən hazırlanan heykəl sənət əsərləri arasında toplayarlardı.

Avropalı rəssamların Türk həyatına dair çəkdikləri tablolar, şairlərin və filosofların Türk əxlaqını anlatmaq üçün yazdıqları kitablar da “Turquerie” daxil olurdu. Lamartine in, Auguste Comteun, Pierre Lafittein, Ali Paşanın xüsusi katibi olan Mismerin, Pierre Lotinin, Farrerein Türklər haqqındakı dostanə yazıları bu qəbildəndir.

Avropada meydana gələn ikinci hərəkata da Türkiyat (Türkoloji) adı verilmişdir. Rusyada, Almaniyada, Macarıstanda, Danimarkada, Fransada, İngiltərədə bir çox elm adamları əski Türklərə, Hunlara və Moğollara dair tarixi və arxeoloji incələmələr etməyə başlamışlar. Türklərin çox əski bir irq, millət olduğunu, daha geniş bir sahəyə yayılmış olduqlarını və müxtəlif zamanlarda cihangiranə (dünyaya hakim olan) dövlətlər və yüksək mədəniyyətlər meydana gətirdiyini  aydınlatdılar.

Avropada meydana gələn Türkçülük sonradan aydınlarımızın xüsusi çabası ilə Türk yurdunda və Türk millətində yayqınlaşdı. Qısaca mən Türkçülüyün Türk millətinin özünə dönməsinə bir addim və Ziya Gökalpın söyləmiş olduğu kimi Türk millətini yüksəltmək  hədəfi olaraq görürəm.

Türk millətinin görkəmli siyasətçilərindən Alparslan Türkeşin milliyətçiliklə əlaqədar sözlərini sizlərlə paylaşmaq istərdim. Türkeşə görə Türk milliyətçiliyinin təməl görüşü belədir: “Türk millətindən olmaq, Türk millətini sevmək və Türk dövlətinə sədaqətlə hizmət eşqi daşımaq, vətənə bağlılıq duyğusu içində olmaq və Türk millətinin yüksəlməsi üçün əlindən gələn hər fədakarlığı etmək və çalışmaq duyğusu və şüurudur. Bu duyğu və şüurua malik olan hərkəs Türkdür. Qəlbində yabancı başqa bir millətin özləmini, bənzətməsini daşımayan, özünü Türk hissedən, Türklüyü mənimsəyən və Türk Millətinə, dövlətinə xidmət sevgisi daşıyan herkes Türktür.”

Türk millətini sevməyən milliyətçi olmaz. Türkeş, bu önemli nöqtəyə, “Bizim milliyətçiliyimiz, Türk millətinə qarşı duyulan dərin və köklü bir sevgi və Türk millətinin içində olduğu müşkül durumdan bir an öncə ən çağdaş, ən elmi üsullarla çıxarılaraq ən qısa yoldan çağdaş uyqarlığın-mədəniyyətin ən ön sırasına keçirilməsini sağlama duygusundan qüvvət alır “Milliyətçilik, öz millətinə dərin bir sevgi bəsləmə ilə birlikdə diger millətlərə qarşı xoşgörünü də əhatə etməkdədir.

Aplaslan Türkeş Türkçülüklə əlaqədar düşüncələrini isə belə dilə gətirmişdir: “Milliyətçiyiz, Türkçüyüz. Niyə Türkçüyüz? Çünkü millətimiz Türk Millətidir. Türkçülük, Türk millətinin həyatının hər anında etdəcəyi hər şeyin Türk ruhuna, Türk gələnəyinə-törəsinə uyğun olması və Türkə yararlı olması məqsədinin, fikrinin ön planda tutulmasıdır.”

Türk milletinin kutlu, müqəddəs güç qaynaqlarının başında İslamiyyət, Milliyətçilik və Türkçülük gəlirdi. Türkeş, gənclərə xitab edərkən Bilgə Kağan kimi; “Ey Türk! Titrə və özünə dön” diyərək müraciət edirdi.

Sizlərlə Türk miliyətçiliyindən bəhs etdik. BİZLƏR Türk milləti olaraq birlik və bərabərlik içində olmalıyıq. Yurdumuza, vətənimizə sahib çıxmaq bizlərin borcudur. Dünyada milyonlarca Türk vardır. Hər birimizə məlumdur ki, Uyğur, Güney AZERBAYCANLI, Kərküklü Türk qandaşlarımız zülümə məruz qalır. Türk milləti olaraq, türkçülər olaraq bu zülmə son verilməsi üçün əlimizdən gələni etməliyik. Bizlər hər zaman güclü və birlik halında olmalıyıq. Sonda da fikrimi ulu xaqanımız Mete Xanın sözləri ilə yekunlaşdırmaq istərdim: “Siz bir-birinizdən ayrılsanız, hər birinizi ox kimi qırıb, parçalara ayırarlar! Amma birlik olsanız heç bir qüvvət sizi qıra bilməz!

P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR