Dərc edildi: Baxış sayı: 687
Ramil Usubov Qubada görüş keçirəcək
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyun ayının 22-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə vəsəlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət