Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qrip virusunu 24 saat ərzində öldürən dərman

Qrip virusunu 24 saat ərzində öldürən dərman
Sakura

Qrip virusunu 24 saat ərzində öldürən dərman

Belə qeyri-adi nəticəni yapon əcza şirkəti Shionogi&Co bəyan edib.

Shionogi&Co şirkətinin yeni dərmanının testində iştirak edən qrip virusuna yoluxmuş xəstələr  əmin edir ki, 24 saat ərzində virus orqanizmlərində tamamilə məhv olub.

Tamiflyu kimi tanınmış dərmanlarla müqayisədə yeni dərman çox sürətlə effekt verir, həmçinin onu gündə 3 dəfə və ya həftənin 5 günü deyil, tam effekt üçün bir ədəd qəbul etmək kifayətdir.

Bunların həqiqət olması üçün çox yaxşı səslənir, lakin yapon şirkətinin öz dərmanının möcüzəvi təsirini böyütmədiyinə ümid var. Bu ümid onunla əlaqədardır ki,  yeni dərman bazarda olan digər dərmanlardan fərqli metodla təsir göstərir. Qrip virusu insan hüceyrələrinə daxil olur və onları virus materialı ifraz etməyə məcbur edir, bununla da oqranizmə yayılır. Müasir dərmanlar virusun hüceyrəyə düşməsinin qarşısını almağa çalışır. Yeni dərman isə bununla məşğul olmur, o virusla mübarizə aparmır, amma hüceyrələrə viruslu material ifraz etməyə imkan vermir. Bununla da virusun orqanizmə yayılmasının qarşısını alır.

Qriplə mübarizə üsullarının araşdırmaları göstərir ki, alimlər adətən mövcud vaksinləri təkmilləşdirirlər, yeni bir şey kəşf etməyə cəhd etmirlər. Bu layihə isə virusla mübarizədə yeni addım ola bilər.

Ens.az Wall Street Journal-a istinadən bildirir ki, yapon hökuməti Shionogi dərmanına böyük ümid bəsləyir, onun maksimal səviyyədə tez tətbiq olunacağını gözləyir. Ola bilsin ki, şirkət Yaponiyada bu dərmanın istehsalına bu ilin mart ayında başlasın.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR