Slimfit
  1. TEXNOLOGİYA

Biofakslar: özünə qrip çap et

Biofakslar:  özünə qrip çap et
Sakura

İstənilən ofisdə faksın olduğu vaxtları xatırlayırsınızmı? Lakin sonra onu elektron poçt əvəz etdi və…

Synthetic Genomics şirkətinin alim qrupu faks maşınlarını həyata qaytarmağa qərar verdilər, lakin gözlənilməz əlavə ilə. Sənəd çap etmək əvəzinə onların faksı mikro orqanizmlər çap edir.

Komanda xammaldan qrip virusunu yaradan maşın quraşdırdı. Sonuncu alimlər maşına qonşu binadan göndərdilər, o isə virusu özbaşına yığdı.

Virusun xammaldan yaradılması – artıq xəbər deyil, lakin bunun üçün insan tələb olunurdu. İndi isə ilk dəfə maşın tam avtonom olaraq canlı orqanizm yaratdı. Bunun üçün alimlər bir neçə kiçik maşını və laboratoriya robotlarını bir konstruksiyada yığdılar.

İndi maşın nəinki virus yaratmağa qadirdir, həm də o bakteriyaların və daha böyük orqanizmlərin quraşdırılması üçün bir addımdadır. Yaxın gələcəkdə alimlər bioloji parçanı faksla planetin istənilən hissəsinə göndərə biləcəklər. Bu epidemiyalar zamanı çox rahat ola bilər ki, alimlər və həkimlər lazım olan yerlərdə analiz edərək, materialın özünü daşımamaqla vaxta qənaət edə bilərlər. Tədqiqatçılar hətta ümid edirlər ki, boifakslar digər planetlərə də yer həyatını kosmosda yayaraq kolonizasiya üçün orqanizm göndərə bilərlər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR