Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yatağınızı nadir hallarda yuyursunuzsa, bu zaman bədəninizdə nə baş verir?

Yatağınızı nadir hallarda yuyursunuzsa, bu zaman bədəninizdə nə baş verir?
Sakura

Yatağınızı nadir hallarda yuyursunuzsa, bu zaman bədəninizdə nə baş verir?

Yataq – günün müəyyən hissəsini keçirdiyimiz rahat yerdir – bu da əgər sutka ərzində 7 saat yatırıqsa onda həftə üçün 49 saat edir. Bəs sizin yatağınız nə qədər təmizdir? Biz sizə yatağınızı yumaq aralıqları və əgər bunu uzun müddət etməyibsinizsə nə olacağı barədə məlumat verəcəyik.

Gigiyena mütəxəssisləri təsdiqləyirlər ki, çirkli yataq ciddi virus və infeksiyaların yaranması riskinə səbəb olur.

Mikroblar – bakteriyalar, maya, göbələk və viruslar

Sizin bədəninizdə çox sayda müxtəlif bakteriya və göbələk yaşayır, onların əksəriyyəti zərərsizdir, yataq isə - biz yatarkən yığılan nəmişlik, tər, tüpürcək, ölmüş dəri hüceyrələri və ərzaq çirki ilə yeməklə yatağa düşən müxtəlif çirkləndiricələrin sayəsində çoxalma yerinə çevrilir.

Ayaq göbələyi (trixofiton)

Əgər siz və ya sizin partnyorunuzda ayaq göbələyi varsa bu çox yolucuxudur və bütün yataqda yayılır. Əgər hətta siz onu müalicə edirsinizsə belə onun izlərini tapıb təmizləməlisiniz (xalça, yataq dəsti, corablar, ayaqqabı).

Maya infeksiyaları

Sizin dərinizə maya infeksiyaları düşə bilər, bunlar da nəmişlik olan yerdə dəri qırışlarında problemlər yarada bilər. Sizin yatağınız infeksiyalar üçün ideal ocaq ola bilər, buna görə də yatağı daim yuyun və bunu yüksək temperaturda edin.

Viruslar

Əgər sizdə soyuqdəymə və ya qrip varsa onda siz öz partnyorunuzu qorumaq üçün yataq dəstini daha tez-tez dəyişməlisiniz. Virus çox tez yayılır, məs əgər siz asqırarkən ağzınızı əlinizlə örtürsünüzsə, daha sonra onunla yatağı tutursunuzsa bu zaman virus yataqla yayılır. Yanınızda birdəfəlik nəm salfetlər saxlayın və onları istifadə etdikdən sonra zibil qutusuna tullayın.

Toz gənələri

Toz gənələri – dərinin ölmüş hüceyrələri ilə qidalanan mikroskopik orqanizmlərdir. Onlar xəstəlik daşımırlar, ancaq allergiyaya səbəb ola bilərlər.

Yatağı təmizləmək üçün nə etmək lazımdır?

  • İlk növbədə tozdan xilas olmaq lazımdır! Otağı tozdan, əsasən yatağın altını daha yaxşı təmizləyin və döşəklə yorğanı kimyəvi təmizləmə yerlərində təmizlədin. Balıncları da əgər paltaryuyan maşında mümkündürsə yuyun və qurudun.
  • Yataq dəyişəyini 60 və daha artıq dərəcədə yuyun.
  • Yataq dəyişəyini ən azı həftədə bir dəfə yuyun, əgər mümkündürsə maksimum iki həftədən bir.
  • Yatmazdan əvvəl duş qəbul edin, beləliklə siz bir çox bakteriyalardan yaxanızı qurtaracaqsınız.
  • Gecə köynəyi və ya pijamanı üç gündən bir yuyun.
  • Yanınızda hər zaman antibakterial salfetlər saxlayın ki, asqırma zamanı istifadə edə biləsiniz.
  • Əgər siz it və ya pişik saxlayırsınızsa və onlara yataqda yatmağa icazə verirsinizsə, onda onlar üçün də ayrıca yorğan sərin və onu hər həftə yuyun.
  • Əgər kimsə xəstədirsə daha tez-tez yuyun.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR