Slimfit
  1. ƏDƏBİYYAT

Qövsi Təbrizi - Dilim fəğan iləvü, didə qan ilən doludur

Qövsi Təbrizi - Dilim fəğan iləvü, didə qan ilən doludur
Sakura

Qövsi Təbrizi - Dilim fəğan iləvü, didə qan ilən doludur

Dilim fəğan iləvü, didə qan ilən doludur,
Könül səhifəsi şərhü bəyan ilən doludur.
Vurubdur ağzına min qifli-ahənin qeyrət,
Hənuz səqfi-fələk əl-əman ilən doludur.
Haray kim, nə dilim var, nə bir dil anlayanım,
Əgərçi ney kimi cismim fəğan ilən doludur.
Əgərki könlümə zahirdə dəymək asandır,
Bu çöl kəmingəhi şirin-jiyan ilən doludur.
Sınıq səbudə su tutmaz qərar, mey durmaz, 
Şikəstə könlümə məhvəm ki, qan ilən doludur.
Xumarilən öldürdü məni saqiyi-birəhm, 
Səbuyi-badeyi-gülrəng can ilən doludur.
Bu bir piyalədə yarəb, nə sehr edib saqi- 
Ki, üstü badə ilən, altı qan ilən doludur.
Sən öz yamanlannı yaxşı et, nə hasil kim, 
Zəmanə yaxşı ilən, ya yaman ilən doludur. 
Bəsirət əhli dəlil istəməz ki, kövnü məkan 
Nişan ilən doludur, binişan ilən doludur.
Yuvada qönçələnir əndəlib bəs ki, çəmən, 
Nəvayi-Qövsiyi-atəşzəban ilən doludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR