Slimfit
  1. ƏDƏBİYYAT

Qövsi Təbrizi - Cismi-zanmdan mənim hicran nə istər bilmənəm

Qövsi Təbrizi - Cismi-zanmdan mənim hicran nə istər bilmənəm
Sakura

Qövsi Təbrizi - Cismi-zanmdan mənim hicran nə istər bilmənəm

Cismi-zanmdan mənim hicran nə istər bilmənəm.
Bu sınıq gəştidən ol tufan nə istər bilmənəm.
Məndə yox hiç arizu, könlüm yaman bitabdır,
Zəxm yoxdur sinədə, peykan nə istər bilmənəm.
Çeşmi-xunxann sənin cismimdə çün qan qoymadı,
Qam dolmuş dideyi-giryan nə istər bilmənəm.
Kasə-kasə qan verir, şükr eyləyib nuş eylərəm,
Dəxi məndən gərdişi-dövran nə istər bilmənəm.
Hər nə var aləmdə bir-birdən betər sərgəştədir,
Qətrə ümman axtanr, ümman nə istər bilmənəm.
Lalə istər dağına mərhəm nəsimi-sübhdən,
Ağız açmış qönçeyi-xəndan nə istər bilmənəm.
Aşiqin zənciri tari-zülfə kakildən gərək,
Rişteyi-zünnaridən Sənan nə istər bilmənəm.
Can çü canan malıdır, bəs dəxi məndən, dustlar,
Can nə istər bilmənəm, canan nə istər bilmənəm.
Gövhəri-qəltan gözü taci-büləndəxtərdədir,
Qətreyi-gümnam sərgərdan nə istər bilmənəm.
Qaşi yayından onun yarəb, bu hamı qürbilə, 
Navəki-bərgəşteyi-müjgan nə istər bilmənəm.
Ey dəmadəm eyleyən təklifi-məscid Qövsiyə 
Aşiqi-bitabdə iman nə istər bilmənəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR