Slimfit
  1. AZƏRBAYCAN

QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək

QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək
Sakura

QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək

Bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu barədə oxu.az-ın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, din xadimlərinə dövlət tərəfindən maaş deyil, maddi dəstək verilir: “Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli  Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də mənəvi dəyərləri təbliğ edən şəxslərə - din xadimlərinə maddi dəstəyin verilməsidir. Ötən il olduğu kimi bu il də QMİ ilə birgə maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşdirilərək onlara maddi dəstək verilməsinə başlanılıb. Lakin 2018-ci ildən fərqli olaraq bu il QMİ-nin bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb. Buna səbəb həmin şəxslərin QMİ-dən maaş almalarıdır”.

Qeyd olunub ki, fonddan dəstək alan 986 din xadimi var. Onlardan 380 nəfəri imam, 271 nəfəri imam müavini, 335 nəfəri isə mütəvəllidir. İmamlara 450 AZN, imam müavinlərinə 350 AZN, mütəvəllilər isə 250 AZN maddi dəstək verilir.

Mənbə: Faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR