Slimfit
  1. AZƏRBAYCAN

Qida Təhlükəsizliyi Agentliyi bəzi məhsulların idxalı, istifadəsi və satışı ilə bağlı qərar qəbul edib

Qida Təhlükəsizliyi Agentliyi bəzi məhsulların idxalı, istifadəsi və satışı ilə bağlı qərar qəbul edib
Sakura

Qida Təhlükəsizliyi Agentliyi bəzi məhsulların idxalı, istifadəsi və satışı ilə bağlı qərar qəbul edib

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul edilib.

Bu barədə AZƏRTAC-a AQTA informasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Həmin məhsulların siyahısı ilə Əlavə 1-də tanış ola bilərsiniz.

“Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir. Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR