Slimfit
  1. AZƏRBAYCAN

Qaradağ rayonundan olan şagirdlər respublikamızın cənub bölgəsinə yollanıblar

Qaradağ rayonundan olan şagirdlər respublikamızın cənub bölgəsinə yollanıblar
Sakura

Qaradağ rayonundan olan şagirdlər respublikamızın cənub bölgəsinə yollanıblar

Noyabrın 18-də Qaradağ rayon məktəblilərinin ikinci qrupu “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaya qoşulub.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını Lənkəran-Masallı-Astara marşrutu istiqamətində yola salmaq üçün Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşmışdılar.

Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. O, tur-aksiyanın birinci mərhələsində iştirak edən şagirdlərin zəngin təəssüratlarla qayıtdıqlarını qeyd edərək, bu səyahətin də çox uğurlu və faydalı olacağına əminliyini ifadə edib.

Şagirdlər onlar üçün bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Məktəblilər tur-aksiya çərçivəsində səfər etdikləri rayonların tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlarına, bilik və dünyagörüşlərini daha da artıracaqlarına, yeni dost qazanacaqlarına əminlik ifadə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR