Dərc edildi: Baxış sayı: 338
Prezident Fikrət Məmmədovla bağlı təqdimat verdi
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, parlamentdə təqdimata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq qaydada baxılacaq.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra sabiq ədliyyə naziri F.Məmmədov yeni hökumətdə yer almayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət