Slimfit
  1. İQTİSADİYYAT

Prezident “Azərenerji”yə 30 milyon manat ayırdı

Prezident “Azərenerji”yə 30 milyon manat ayırdı
Sakura

Prezident “Azərenerji”yə 30 milyon manat ayırdı

Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR