Slimfit
  1. MARAQLI

Planetin ən məşhur xakerləri

Planetin ən məşhur xakerləri
Sakura

Dünyanın ən məşhur xakerləri

30 il əvvəl, 22 yanvar 1990-cı ildə dünyanın ilk kompüter "qurdu"nun yaradıcısı Robert Morrisin məhkəməsi başa çatdı. Bu yazıda dünyanın ən məşhur xakerlərini yada salırıq.

Ürəklər kralı

Massaçusetts Universitetinin professoru və Amerika Birləşmiş Ştatları Milli Mühəndislik Akademiyasının üzvü Robert Morris ABŞ tarixində kompüter vasitəsilə dələduzluq və sui-istifadə qanununu pozmaqda ittiham olunan ilk şəxs kimi tarixə düşüb. Morris "belə bir şərəfə" 1989-cu ildə dünyanın ilk kompüter qurdunu yaratdığına görə nail olmuşdu.

Robert Morris

Onun qurdu kompüterlərə nüfuz etməyə, ordakı hesabların şifrəsini yığmağa çalışırdı. Şifrələri sındırmaq üçün onun qurduğu ehtimal belə idi - daha çox istifadəçinin adını düz və tərsinə yazılmaqla, habelə, ən çox istifadə olunan 400 sözün siyahısı əsasında. Nəticədə, qurd ABŞ Müdafiə Nazirliyi tərəfindən 1969-cu ildə yaradılan və internetin prototipi olan ARPANET şəbəkəsinin 6200 kompüterinə yoluxmuşdu.

Morris qurdunun fəaliyyətindən bir kompüterə dəyən ziyan 200 ilə 53 min dollar arasında idi.

Nəticədə 1990-cı ilin dekabrında Robert Morris şərti azadlıq hüququ, 400 saat icma xidməti və 10 min dollar cərimə ilə 3 il azadlıqdan məhrum edildi.

Kevin Mitnik

Kevin Mitnik xaker dünyasında əsl əfsanədir. O , əvvəl FTB tərəfindən ən çox axtarılan cinayətkarlar siyahısına düşmüş ilk xaker kimi ad çıxarmış, sonra həmin Büro tərəfindən güclü mütəxəssis kimi işə götürülmüş və uzun müddət məsləhətçi kimi fəaliyyət göstərmişdi.

Mitnik ilk vaxtlar əyləncə və şəxsi mənfəət naminə bu işlərlə ilə məşğul olurdu.

O hələ on yaşında ikən Los Anceles avtobus sistemini aldatmış və uzun müddət pulsuz istifadə etməyi bacarmışdı. 12 yaşına çatdıqda, zənglər üçün ödəmə etməməklə telefon sistemini aldatmağı öyrənmişdi.

İlk xakerliyini isə 1979-cu ildə oxuduğu məktəbinin kompüter şəbəkəsi üzərində sənamışdı. Sonra onun xakerliyə münasibəti kəskin şəkildə dəyişdi - artıq o bunu sistemdə zəif nöqtəni tapmaq və onların mövcudluğu barədə xəbərdarlıq etmək üçün etməyə başladı. Polis isə Kevin Mitnikin xoş niyyətlərinə inanmadı və 1988-ci ildə kompüter avadanlığı istehsalçısı Digital Equipment Corporation şəbəkəsini sındırdığına görə onu ilk dəfə üç aylıq həbs cəzasına məhkum etdi.

O, vaxtından əvvəl sərbəst buraxıldı və dərhal da köhnə əməllərindən geri qalmadı. O, Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının kompüter şəbəkəsini sındırmaq, Motorola, Nokia, Fujitsu və bir çox digər şirkətlərin məlumatlarını oğurlamaqda ittiham edildi. Xeyli vaxt polisdən gizlənməyə müvəffəq olsa da, 1995-ci ilin fevralında həbs olundu və əvvəlcə müxtəlif kompüter fırıldaqlarına görə 46 ay həbs cəzasına məhkum edildi, daha sonra daha 22 ay şərti azadlıq şərtlərini pozduğuna görə məhkum olundu.

Şimşək əsgəri

Şotland xaker Gary McKinnon, ABŞ prokurorlarından birinin fikrincə, "tarixdəki hərbi kompüterlərin ən böyük hack edilməsində" günahkardır. 2001-ci ilin fevralından 2002-ci ilin martına qədər ABŞ və NASA hərbi idarələrinin kompüterlərinə üat-üstə 97 dəfə ücum edib. Onun hərəkətlərindən dəymiş ziyan 700 min dollar təşkil edib və xakerin axtarışına təxminən 1 milyon dollar xərclənib.

Harri Makkinon

McKinnon əmin idi ki, etdiklərini xoş niyyətlə həyata keçirir və bunlar cəmiyyətin xeyrinədir. O öz əməllərini ABŞ hökumətinin Naməlum Üçün Obyektlər, alternativ enerji mənbələri və digər faydalı texnologiyalar haqqında məlumatları gizlətdiyinə dair dəlillər tapmağa çalışmaqla izah edirdi. Buna baxmayaraq, 2006-cı ilin iyulunda İngiltərə məhkəməsi xakerin ABŞ-a təhvil verilməsi barədə qərar qəbul etdi. McKinnon-un vəkili apelyasiya şikayəti verdi, bundan sonra xakerin Britaniyada qalmaq hüququ ilə bağlı uzun məhkəmə prosesi başlandı. Nəhayət, 2012-ci ildə İngiltərənin o zamankı Daxili İşlər Naziri Theresa May, xakerin təhvil verilməsi qərarını geri götürdü. Əgər Britaniya hakimiyyəti əvvəl-axır McKinnon-un Amerika xüsusi xidmət orqanlarına təhvil verilməsinə qərar versə, onu 70 ilə qədər həbs cəzası gözləyir.

Sızma ustası

Julian Assange bəlkə də dünyanın ən məşhur xakeridir. Ancaq o bütün dünyada məşhurluğu xakerliyinə görə yox, ona Amerika hökumətindən oğurlanmış gizli sənədlərin ötürülməsindən sonra qazandı.

Assange gənc yaşlarından xakerliklə məşğul idi, 16 yaşında "Mendax" ləqəbi ilə avstraliyalı idealist xakerlər qrupuna üzv olmuşdu. Öncə onlar 1989-cu ilin oktyabrında Atlantis servis uçuş idarəetmə sistemini, bir neçə il sonra isə Nortel Telekommunikasiya Korporasiyasının sistemini sındırmışdılar. Həmin vaxt hüquq-mühafizə orqanları bu işi görənləri müəyyənləşdirib tutmağa nail oldu. İstintaq bir neçə il davam etdi. 1996-cı ildə Julian Assange 31 ona sürüləm ittihamların çoxunda -31 bənd üzrə özünü suçlu bildi, ancaq məhkəmə etdiyi hərəkətlərdə cinayət niyyəti və ya tamah məqsədləri tapmadığı üçün onu yalnız 1.3 min dollar cərimə cəzasına məhkum etdi.

Cuilan Assanj

Bununla da xaker kimi onun hekayəsi sona çatır. Ancaq o, öz həmfikirləri ilə birgə Wikileaks saytını açaraq 5 aprel 2010-cu ildə ABŞ Ordusu-nun "Apache" vertolyotunda Bağdadda mülki şəxsləri necə qırdığını göstərən iki video yerləşirdi. Bunun ardınca dünya miqyasında şöhrət, yeni məxfi məlumatların yayılması, ABŞ və İsveçdən ekstradisiya tələbləri, Ekvadorun Londondakı səfirliyində bir neçə il həbs cəzası və nəhayət keçən ilin aprelində həbs olunması gəlir.

Uğurlarının redaktoru

1983-cü ildə Kevin Poulsen ABŞ Müdafiə Nazirliyinin şəbəkəsini sındırdı. O zaman onun 17 yaşı var idi və hökumət azyaşlı olduğuna görə onu mühakimə etməməyi və sadəcə xəbərdarlıq etməklə kifayətlənməyi qərara aldı. Ancaq bir müddət sonra hakimiyyət bundan peşman olacaqdı.

1988-ci ildə FTB də daxil oımaqla ABŞ hökumətinin daha bir neçə kompüterin müdaxilə etdi və axtarıldığını bildiyi üçün qaçmaq məcburiyyətində qaldı. Lakin yenə də boş durmadı və KIIS-FM radiostansiyasının elan etdiyi yeni Porsche-ni qazanmağa qərar verəndə məşhurlaşdı.

Şərtə görə, bu müsabiqədə canlı efir vaxtı zəng edən 102-ci zəngin müəllifi qalıb elan olunurdu. Ancaq Poulsen işi şansa buraxmadı və radionun telefon şəbəkəsinə müdaxilə etməklə bütün digər abunəçilərin girişini kəsdi və lazımi zəngi özü etdi.

Sonra, NBC kanalında axtarışa verilən xaker barəsində xüsusi veriliş yayımlandı. Tamaşaçılardan bu şəxsi harada görsələr, qaynar xəttə zəng etmələri istənilirdi. Ancaq kanala zəng etmək üçün heç bir yol yox idi - NBC qaynar xətti artıq Poulsen tərəfindən iflic edilmişdi.

Kevin Poulsen

Buna baxmayaraq, xaker marketlərdən birində ərzaq alarkən sayıq vətəndaşların nəzərindən yayınmamışdı. Poulsen günahını etiraf etdi, beş il həbsxanada yatmaqla yanaşı, ona üç illik kompüterdən istifadə etmək qadağan olundu. Lakin sonra kibermühafizə jurnalisti, Wired jurnalının baş redaktoru oldu və hətta MySpace sosial şəbəkəsindən istifadə edən seks manyaklarını tutmaqda hökumət orqanlarına kömək etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR