Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qadın beyni hər ay dəyişir

Qadın beyni hər ay dəyişir
Sakura

Qadın beyni hər ay dəyişir

Qadın orqanizmində estrogenin müntəzəm dəyişməsi onların beynindəki hippokampındakı dəyişikliklərlə müşayiət olunur.

Bizim beynimiz müxtəlif həyat şəraitinə uyğun olaraq daim dəyişir. Ən məşhur nümunələrdən biri: Londonun xəritəsini daim yadda saxlamalı olan london taksi sürücüləri – onların beynində məkanda naviqasiyaya məsul olan hissə böyüyür. Digər tərəfdən kişiləri ata olması onları necə dəyişdirdiyini xatırlayaq: uşağın olması kişi beynini sanki qadın beyninə uyğun yenidən formalaşdırır.

Beyin yarımkürələrinin qabığı və qabıqaltı struktur: amiqdala çəhrayı ilə seçilib, hippokamp – bənövşəyi, qurşaq qabığı – göy.

Aydındır ki, bu dəyişikliklərdə hormonlar böyük rol oynayır: beyin əlaqədar endokrin sistemlə bağlıdır, buna görə də hormonlar əsəb sisteminin işinə təsir edir və əksinə əsəb sistemi onun işinə təsir göstərir. Ən çox təsir göstərən hormonal proses – qadında aybaşı dövrüdür. Aybaşı dövründə hər şeydən çox qanda estrogen səviyyəsi dəyişir və Yuliya Zaxer və onun Maks Plank Cəmiyyətindən olan həmkarlarının araşdırmalarının göstərdiyi kimi bu dəyişiklik beynin və onun bir neçə hissəsinə açıq-aydın təsir edir.

Təcrübə ondan ibarət idi ki, 32 yaşlı qadına müntəzəm olaraq beynin maqnit-rezonans tomoqrafiyasını edib bu məlumatları qadakı estrogen səviyyəsi ilə müqayisə edirdilər. Scientific Reports-dan olan iş müəllifləri yazır ki, hormonun yüksək səviyyəsi hippokampın azacıq çoxalması ilə aşağı düşürdü, bununla yanaşı həm ağ, həm də boz maddənin sayı artırdı.

Hippokamp məlum olduğu kimi beyində mərkəz rolunu oynayır, həmçinin emosiyaların formalaşmasında iştirak edir. Dəqiq olmasa da ondakı dəyişikliklərin psixologiyaya təsir göstərməsini bilirik. Hər halda dişi siçanlarda məlumdur ki, onların davranışı aybaşı dövrünə görə dəyişir, onların hippokampı isə bununla birbaşa əlaqədardır. Qadınlarda da həmçinin müntəzəm olaraq əhvalda dəyişikliklər baş verir, bu da özünü ən ağır formada aybaşından əvvəl yüksək əsəbilik,  yüksək narahatlıq, depressiya vəziyyəti və s. ilə xarakterizə olunan disforik pozğunluq forması alır. Yeni nəticələr qadınların əksər hissəsi üçün təsdiqlənsə və beyindəki dəyişiklikləri davranışın dövri xüsusiyyətləri ilə dəqiq müqayisə etmək mümkün olsa onda müəyyən günlərdə yaranan əhval dəyişikliyini yumşalmağa kömək edəcək dərman hazırlamaq barədə düşünmək olar.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR