Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Peyhəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu

Peyhəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
Sakura

Peyhəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu

Çəmən otu (digər dillərdə - xelba, xilba, fenuqrek, şambala və s.) bütün dünyada tanınır və həm müalicəvi məqsədlərlə, həm də qidalanmada geniş istifadə olunur.

Bu bitkinin çox qədim tarixi var.

Belə ki, hələ bizim eramızdan çox-çox əvvəl Qədim Misirdə çəmən otu doğuşu asanlaşdırmaq, laktasiyanı gücləndirmək və yanıqları müalicə etmək üçün istifadə edirdilər ki, bu da qədim papiruslarda öz əksini tapıb.

Dahi Hippokrat da çəmən otunun müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirirdi və müxtəlif xəstəliklər zamanı tövsiyə edirdi.

İbn Sinanın (Avisenna) yazılarında da çəmən otunun müalicəvi xüsusiyyətləri haqqında məlumatlar var. Dahi təbib bu bitkinin köməyi ilə boğaz ağrısı, öskürək, mədə və bağırsaq xəstəliklərini müalicə edirdi.  

Qədim Yunanıstanda bu bitkinin toxumlarını yarışlardan əvvəl qladiatorlar və atletlər yeyirdi. Belə hesab olunurdu ki, çəmən otunun toxumları insana əlavə güc verir.

Ərəb təbibləri güclü antiseptik xüsusiyyətlərə malik olan çəmət otunu yara və irinliklərin müalicəsində istifadə edirdilər. Ərəb təbibləri çəmən otu haqqında deyirdilər ki, “insanlar onun faydası bilsəydilər qızıl qiymətinə alardılar”.  

Məhəmməd Peyhəmbər (s.ə.s.) də bu bitkinin müalicəvi xüsusiyyətlərini bilirdi və şəfa tapmaq üçün ondan istifadə etməyi tövsiyə edirdi.

Orta əsrlərdə Avropada çəmən otunun köməyi ilə sonsuzluğu və... keçəlləşməni müalicə edirdilər.  

Saglamolun.az bildirir ki, çəmən otu toxumları zülal və karbohidratlarla zəngindir. Həmçinin onların tərkibində bir çox sağlamlığımız üçün vacib maddələr var: kalium, fosfor, maqnezium, kalisium, dəmir, A, C, B qrupu vitaminləri, fol turşusu, yağlı turşular, bioflavonoidlər, fitosterollar və s. Alimlər onun tərkibini balıq yağına bənzədirlər.

Çəmən otu və onun toxumu bir çox xəstəliklər və pozulmalar zamanı yardım edir:

- şəkəri və xolesterini salır

- damarları təmizləyir

- qaraciyərin fəaliyyətini yaxşılaşdırır

- mədə-bağırsaq sisteminə müsbət təsir edir

- iltihabları azaldır

- orqanizmi möhkəmləndirir

- nəfəs yollarını təmizləyir, öskürəyi müalicə edir

- potensiyanı gücləndirir

- qadınlarda hormonal pozulmaları zamanı kömək edir

- sakitləşdirir

- qanazlığı zamanı faydalıdır

- tərləməni və bədəndən gələn pis qoxunu azaldır

- saçların tökülməsini azaldır, saçları daha gözəl və qalın edir.

Müalicəvi məqsədlərlə çəmən otunun həm yarpaqları, həm də toxumları istifadə olunur. Yarpaqları adi çay kimi dəmləyib içmək yaxşıdır (1 x.q. ot + 1 stəkan isti su). Belə çay soyuqdəymə və qripp zamanı qızdırmanı salır, xəstənin vəziyyətini yüngülləşdirir.

Toxumları üyütmək və 1 ç.q. olmaqla 1 stəkan suya əlavə edib içmək və ya balla qarışdırıb yemək olar.

Həmçinin üyüdülmüş çəmən otu toxumlarını yeməklərə və salatlara da əlavə etmək yaxşıdır.

Diqqət! Çəmən otunu çoxlu miqdarda qəbul etmək olmaz. Hamiləlik zamanı bu bitkinin istifadəsi qadağandır!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR