Slimfit
  1. CƏMİYYƏT

Papaqçılığa maraq azdır, amma sənəti hələ də yaşadanlar var

Papaqçılığa maraq azdır, amma sənəti hələ də yaşadanlar var
Sakura

Papaqçılığa maraq azdır, amma sənəti hələ də yaşadanlar var

Xüsusi zəhmət və zövq tələb edən papaq sənətinə son dövrlər maraq xeyli azalıb. Elə papaq alanların da sayı əvvəlki vaxtlarla müqayisədə azdır. Amma buna baxmayaraq, papaqçılıq sənətini davam etdirənlər hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, klassik üslubda və zövqlə hazırlanan papaqlara son dövrlər maraq xeyli azalsa da, bu sənəti hələ də davam etdirənlər var.

Müsahibimiz Sədi Xalayev də bu sənəti davam etdirən nadir insanlardan biridir. Ali təhsilli olan müsahibimiz papaqçılıq sənətinə xüsusi həvəsi olduğunu deyir.

Onun sözlərinə görə, papaqları Özbəkistandan gətirdiyi quzu dərilərindən hazırlayır. Buna səbəb həmin quzuların dərilərinin yerli sort quzuların dərisindən xeyli keyfiyyətli olmasıdır.

Papaqların qiymətləri isə müxtəlifdir . Qiymətlər sifariş edilən dəriyə görə dəyişir. Sədi Xalayev deyir ki, ən bahalı papaqlar əntik dəridən hazırlananlardır.

Müsahibimiz bildirir ki, 1 papağın tikilib naxışlanması təxminən 1 günə başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR