Slimfit
  1. SİYASƏT

Pandemiya dövründə Ukraynadakı azərbaycanlıların vəziyyəti

Pandemiya dövründə Ukraynadakı azərbaycanlıların vəziyyəti
Sakura

Pandemiya dövründə Ukraynadakı azərbaycanlıların vəziyyəti

“Ukraynada Azərbaycana təxliyə edilmək üçün 500 nəfər soydaşımız konsulluqda qeydiyyatdan keçib”

Bunu “Report”a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov söyləyib.

Diaspor sədrinin sözlərinə görə, təxliyə üçün qeydiyyata düşən vətəndaşlara diaspor təşkilatları həm maddi, həm də mənəvi dəstək verir.

“İlkin olaraq 450 nəfər konsulluqda qeydiyyatdan keçmişdi: 80 nəfəri Lvovda, 70 nəfəri Xarkovda, qalanları isə Kiyevdə. Bizdə olan məlumata görə, qeydiyyata düşənlərin sayı daha 50 nəfər artıb. 1 aydan artıqdır ki, qərargahda soydaşlarımıza həm maddi kömək edirik, həm ərzaqla təmin edirik. Bundan başqa, xəstələri dərmanla təmin edir, onların müalicəsi üçün müəyyən addımlar atırıq. Təbii ki, 450-500 nəfərin hamısını evlə təmin edə bilməyimiz mümkün olmasa da, ehtiyacı olanlara və bizə müraciət edənlərin böyük əksəriyyətinə dəstək veririk. Qeyd edim ki, Ukrayna Azərbaycanlıları Radasının Kiyevdəki mərkəzi qərargahında 231 nəfərə ərzaq yardımı göstərilmişdir. Bundan başqa operativ qərargahdan Kiyevdə 139 nəfər, Lvovda 68 nəfər (35-i müxtəlif xəstəliklərdən müalicə alır), Xarkovda isə 44 nəfər maddi yardım alıb.

Əsas prioritetdə olanlar uşaqlılar, ailəlilər, yaşlı nəsil, müxtəlif xəstəliklərdən müalicə üçün Ukraynaya gələnlər və qız tələbələrdir”.

Ukrayna Azərbaycanlıları Radasıbında fəaliyyət göstərən operativ qərargaha rəhbərlik edən Hikmət Cavadov Diasporlarla İş üzrə Dövlət Komitəsinin ayırdığı maliyyə dəstəyindən başqa, Ukraynadakı azərbaycanlı iş adamlarının də dəstəyini vurğulayıb:

“Dünyadakı bütün ölkələrin pandemiyadan əziyyət çəkdiyi və çətin duruma düşdüyü kimi Ukraynada da vəziyyətin çox pis olduğu bir zamanda azərbaycanlı iş adamları ofisimizi ərzaqla təmin edirlər. Həmin ərzaqlar isə siyahı üzrə ehtiyacı olanlara paylanılır. Fürsətdən istifadə edərək Diasporlarla İş üzrə Dövlət Komitəsinə və xüsusilə buradakı iş adamlarına öz dərin minnətdarlığımızı bildirirəm”.

Sədr həmçinin koronavirusla əlaqədar vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilən azərbaycanlı qadınla bağlı məlumat verib:

“Ukraynada hal-hazırda olan Azərbaycan vətəndaşı olan 1966-cı il təvəllüdlü bir xanım koronavirusa yoluxub. Bu məlumatı alan kimi biz dərhal hərəkətə keçdik. Yaxın qohumları ilə əlaqə qurduq. Xəstə reanimasiyaya köçürülüb, müalicə aldığı xəstəxana ilə mütəmadi əlaqə saxlayırıq. Bundan başqa, Ukraynada yaşayan tanınmış azərbaycanlı həkimlər də bu məsələ ilə bağlı fəaliyyətdədirlər. Bununla əlaqədar olaraq çalışırıq ki, durumu nəzarətdə saxlayaq. Ümid edirik, xəstəmiz sağalacaq”.

Bundan başqa, H.Cavadov azərbaycanlıların operativ qərargahına Ali Radanın Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasından seçilən 2 deputatı - Lyudmila Marçenko və Nataluxa Dmitriy də baş çəkdiyini vurğulayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR