Slimfit
  1. TEXNOLOGİYA

Panasonic-in yeni sistemi sürücünü yuxulamağa qoymayacaq

Panasonic-in yeni sistemi sürücünü yuxulamağa qoymayacaq
Sakura

Panasonic-in yeni sistemi sürücünü yuxulamağa qoymayacaq

Panasonic korporasiyası bir neçə universitetlə birlikdə yol nəqliyyatının təhlükəsizliyini gücləndirmək, yorulan və ya yuxulayan sürücülərin günahından törəyən qəzaların sayını azaltmağa yönələn konseptual həll hazırladı.

Sistem nəinki sürücünün yorğun olması anını izləyir, həmçinin növbəti dinamikanı qabaqcadan bilərək insanı yatmağa qoymayan şərait yaradır.

Kompleks ön panel sahəsindəki ötürücü dəstinə əsaslanır: bu süni intellekt sisteminə qoşulmuş üz tanıma sistemi olan kamera, infraqırmızı və temperatur sensonlarıdır. Süni intellekt üçün yuxulama, sevinmə, kədərlənmə və s. kimi müxtəlif vəziyyətlərdə olan insanların şəkillərinin geniş bazası tərtib olunmuşdur. Bu informasiyanın analizi müxtəlif növ yuxulama səviyyələrinə uyğun olan xarici əlamətlərin dəqiq klassifikasiyasını yaratmağa imkan verdi.

Tədqiqatçılar deyir ki, insanların çoxu yuxulayanda özündən asılı olmayaraq xarakterik qeyri-verbal siqnallar göndərir. Üz ifadəsi, yavaş göz qırpma və hətta bədən temperaturunun dəyişməsi birmənalı şəkildə sürücünün tezliklə özü və nəqliyyat vasitəsi üzərində idarəetməni itirəcəyinə işarə edir.

Panasonic sistemi məhz belə dəyişiklikləri qeyd edir. Ötürücülər sürücünün göz qırpma və üz ifadəsi özəlliyini dəqiqliklə qeyd edir. Bu ifadələri ilkin mərhələdə aşkar edərək süni intellekt insanı yuxulamağa imkan verməyəcək tədbirlərə başlayır. Məs: salondakı temperatur aşağı düşə bilər və əlavə işıqlar yana bilər. Özü də sistem temperatura nəzarət sisteminin işini sürücünün individual reaksiyasına uyğunlaşdırır: bu insanın oyaq olmasının həddini tapmağa kömək edir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR