BMT-nin baş katibi Azərbaycanın liderliyini və COP29-da əldə olunmuş razılaşmanın əhəmiyyətini qeyd edib
COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin bəyanatında bildirilib.
"COP29-un başa çatması rekord temperatur və iqlim fəlakətləri ilə yadda qalan çətin bir ili başa vurur, eyni zamanda emissiyalar artmaqda davam edir", - deyə A.Quterreş bildirib. O, borc yüklərindən, iqlim şoklarından və bərpa olunan enerji mənbələrinə keçiddə geridə qalan inkişaf etməkdə olan ölkələr üçün kritik maliyyə ehtiyacını vurğulayıb.
Onun sözlərinə görə, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət kəsb edir. "Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir", - o əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət