Özbəkistanlı sürücülər 400 minik avtomobili ilə fləşmob-yolka düzəldiblər
Özbəkistanin Namanqan şəhərinin sürücüləri Yeni İl bayramı münasibətilə 400 minik avtomobilindən ibarət fləşmob-yolka düzəldiblər.
NUHÇIXAN xəbər verir ki, Mərkəzi Asiyada ilk dəfə fləşmob-yolkanı düzəltmək üçün Namanqanın cıdır meydanı seçilib və buna beş saat vaxt sərf olunub.
Aksiyanın keçirilməsinə Namanqan vilayət hakimiyyəti dəstək verib. Yolkanın başındakı ulduz isə vilayətin Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsinin avtomobillərindən hazırlanıb.
Hər gün yolkanın ortasındakı meydanda Yeni il şənlikləri keçiriləcək, Şaxta baba və Qar qız uşaqları şənləndirəcək, onlara hədiyyələr verəcək. Şənliklər yanvarın 10-dək davam edəcək.
Namanqan şəhəri eyni adlı vilayətin mərkəzidir və Daşkənddən sonra Özbəkistanın ən böyük ikinci şəhəridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət