Slimfit
  1. MƏDƏNİYYƏT

“Oskar”dan kənarda qalan, amma dünyanı fəth edən 11 əla film

“Oskar”dan kənarda qalan, amma dünyanı fəth edən 11 əla film
Sakura

“Oskar”dan kənarda qalan, amma dünyanı fəth edən 11 əla film – biri də türk filmidir

“Oskar” mükafatı heç də həmişə buna layiq sayıla biləcək filmlərə nəsib olmur. Bəzən tamaşaçıların daha çox baxdığı və dəyər verdiyi filmlər mükafatdan kənarda qalır, daha zəif filmlər isə mükafata layiq görülür. Bizimyol.info sizə bu mükafatdan kənarda qalan, amma tamaşaçılardan daha böyük mükafat alan 11 əla filmin siyahısını təqdim edir:

1. “Atlı” (The Rider)

Filmin ümumi dili yoxdur. Yəni yaşadığınız ölkədən asılı olmayaraq, kino lentinin ötürdüyü mesajı anlaya bilərsiniz. Film at təlimçisi işindən ayrılan adamın kimlik axtarışından bəhs edir. Öz yolunu tapmaq istəyi hamımızı narahat edən məsələdir.

2. “Modi” (Maudie)

Bu gözəl irland filmi heç bir mükafat almayıb. Az pula çəkilib, amma çox mesaj verməyə çalışıb. Həyat haqqında müdrikcəsinə danışan filmlərdəndir. Məhəbbətin məntiqi yoxdur – film həm də bunu demək istəyir.

3. “Kolumbus” (Columbus)

Cənubi Koreyadan olan kişi ABŞ-ın balaca şəhərlərindən birinə xəstə atasına qulluq etmək üçün gəlir. Burada eyni situasiyada olan qadınla qarşılaşır. İndidən yazaq: onların arasında romantik münasibətlər gözləməyin.

4. “Mendi” (Mandy)

Qəddar bir psixoloji triller. Bəsit desək, yaxşı adamın pis adama çevrilməsini göstərir.

5. “Pişik” (Kedi)

Türkiyəli rejissor Ceyda Torunun filmidir. İstanbul haqda məhəbbətlə danışan kino lentidir. Təkcə İstanbul yox, istanbullulardan da söz açan filmdir.

6. “Bir dəqiqədə zərbələr” (Beats per minute)

Adəti üzrə Rusiya saytları filmin adını başqa cür təqdim edir. Yox, burada əlbəyaxa döyüş növlərindən danışılmır. Sosial filmdir. Kann festivalında 4 mükafat almışdı.

7. “Mayrovitslər ailəsinin əhvalatı” (The Meyerowits stories)

Bir neçə novellada ailənin ayrı-ayrı mənzərələri təsvir olunur. Film deyir ki, məhəbbət var və heç də hər şey itirilməyib.

8. “İz qoyma” (Leave no trace)

Ata və qızı evsiz həyat sürür. Yox, onlar sosial problemlər üzündən bu cür yaşamır. Bu onların seçimidir.

9. “İnqrid Qərbə gedir” (Ingrid goes West)

Heç də həmişə gözəl görüntünün arxasında reallıq dayanmır. İnqridin psixoloji problemləri var. Amma o, kumiri ilə görüşmədən yaşamaq istəmir.

10. “Şirniyyatçı” (Cakemaker)

Son illərin ən yaxşı filmlərindən biridir. Sssenari də çox cəlbedicidir. Almaniyadan Yerusəlimə gedən adamın həyatından danışılır.

11. “Nağıl” (The tale)

“Qızıl qlobus” almağa əsas namizədlərdəndir. Ana ilə qızın münaqişəsindən bəhs edir. Eyni hadisəyə iki fərqli baxış. Filmin sonu göstərir ki, yalnız bir həqiqət var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR