Slimfit
  1. MARAQLI

Onlar 22 ildir ki, kanalizasiyada yaşayırlar

Onlar 22 ildir ki, kanalizasiyada yaşayırlar
Sakura

Onlar 22 ildir ki, kanalizasiyada yaşayırlar

Ümidinizi itirməyin.

Dünyada 2 tip insan var. Biri daim həyatından şikayət edir, digəri sahib olduğuna uyğunlaşır.

Kolumbiyadan olan bu xoşbəxt cütlük ikinci tip insanlara aiddir. Onlar kanalizasiyada yaşayır və çox şeyin çatışmamasına baxmayaraq həyatlarından razıdırlar.

 İnanmaq çətin olsa da Mariya Qarsiya və onun əri Migel Restrepo artıq 22 ildir ki, kanalizasiyada yaşayırlar.

Mariya və Migel Medelinedə (Kolumbiya) tanış olanda hər ikisi narkoman idi. Bu şəhər dünyada kriminal və narkomafiya ilə tanınır.

Onlar küçədə yaşayırdılar və narkomaniya onların həyatını məhv edirdi.

Onlar bir-birində təsəlli tapdılar və birlikdə narkotiki tərgitmək qərarına gəldilər.

Onların nə dostu, nə də qohumu var idi, buna görə də onlar kanalizasiyada yaşamağa başladılar.

Burada onlar iynədən qurtuldular, həyatın yeni mənasını tapdılar və bir-birinə olan sevgisini möhkəmləndirdilər.

O vaxtdan onlar kanalizasiyada yaşayır və oranı tərk etmək fikrində deyillər.

Onlar ilk əvvəl xoş olmayan yeri bütün lazımi şəraiti olan rahat yerə çevirdilər.

Onlarda elektrik, istilik və kiçik mətbəx var.

Başqaları kimi onlar da bayram vaxtlarında evlərini bəzəyirlər.

Cütlüyün Bleki ləqəbli iti də var, onlar olmayanda it evi qoruyur. Onlar xoşbəxtdir!

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR