Slimfit
  1. MARAQLI

Britaniyada nəm salfet satışına qadağa qoymaq istəyirlər

Britaniyada nəm salfet satışına qadağa qoymaq istəyirlər
Sakura

Nəm salfetlərin satışına qadağanın səbəbi

Nəm salfet insan rahatlığını təmin edən bir şeydir. O insanın çox köməyinə çatır və demək olar ki, daima əl altında olur. Demək olar ki, bütün qadınların əl çantasında nəm salfetə rast gəlmək olur. Nəm salfetlə əlləri, ayaqqabıları və bir çox digər şeyləri təmizləmək olur. Amma hər şey elə də sevindirici deyil. Belə ki, Britaniyada nəm salfetin satışına qadağa qoymaq qərarına gəliblər. Bunun səbəbi isə çox maraqlıdır. Yəqin ki, siz də ümumi tualetdən istifadə edərkən şəxsi gigyena qaydalarına əməl etmək məqsədilə unitazı yumaqdansa, onun kənarlarını nəm salfetlə silmisiniz. Bu qaydanı çoxları tətbiq edir və nəm salfeti tualetə ataraq kanalizasiya borularının tutlmasına səbəb olur. Bu salfet istifadə edilən yerlərdə 90% hallarda kanalizasiya borularının tutulmasına səbəb olur. Sən demə əsas problem nəm salfetin tərkibinin plastikdən olmasıdır və o tualet kağızı kimi suda parçalanmır. Bu səbəbdən də Böyük Britaniya hökuməti nəm salfet istehsalına qadağa qoymaq istəyir. Hökumətin bu barədə qərarı da açıqlanıb: ya nəm salfet plastiksiz hazırlanmalıdır, ya da onun istehsalına tamamilə son qoyulacaq. Nəm salfetlər həm də polietilen paket kimi ekologiyaya çox ziyan vurur. Onların okeana və ya vəhşi təbiətə düşməsi isə heyvanların və dəniz canlılarının məhv olmasına səbəb olur.

 

Mənbə: İmmunitet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR