Dərc edildi: Baxış sayı: 520
“Ölkəmizdə ürək transplantasiyası aparılmalıdır” - Komitə sədri
Bu gün Azərbaycanda ürək-cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır.
Azvision.az xəbər verir ki, bunu “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb:
"Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb. Bu gün Azərbaycanın regionlarında da ürək əməliyyatları uğurla həyata keçirilir. Bu, bizi çox sevindirir. Azərbaycanda ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "Orqan transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Hazırda bu qanuna dəyişikliklərin edilməsi üçün iş aparılır".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət