Slimfit
  1. CƏMİYYƏT

Növbəti həftə sərt karantin rejimi tətbiq edilə bilər? -AÇIQLAMA

Növbəti həftə sərt karantin rejimi tətbiq edilə bilər? -AÇIQLAMA
Sakura

Növbəti həftə sərt karantin rejimi tətbiq edilə bilər? -AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb. Belə ki, avqustun 18-də 131 nəfər koronavirusa yoluxub, 159 nəfər isə sağalıb. Artım dinamikası davam edərsə növbəti həftə karantin rejimi sərtləşdirilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, hər kəsi növbəti artım tendensiyası narahat edir:

"Biz ümid edirdik ki, yoluxanların sayı ən aşağı həddə düşəcək və həmin rəqəmi də saxlamaq mükün olacaq. Təəssüf ki, artıq yoluxanların sayı 79-dan 131-ə qalxıb. Hesab edirik ki, bu gün yoluxanların sayı daha çox olacaq. Bunun da günahkarı biz özümüzük. İnsanların toplu şəkildə olduğu yerlərdə sosial məsafə gözlənilmir. Bu ilk növbədə mağazaya, apteklərə, ictimai iaşə yerlərinə aiddir. İnsanlar küçədə bir-birilərinə çox yaxın gəzirlər. Bu isə şübhəsiz koronavirusun yaayılmasına səbəb olur. Hələ də biz hərarət olanda, iyi bilməni itirən zaman həkimə müraciət etməyi qəbul etmirik.

Bəzi insanlar evdə müalicəyə üstünlük verirlər, lakin ağırlaşanda həkimə müraciət edirlər. Hesab edirəm ki, öncə koronaviurusdan qorunmaq üçün qaydaları riayət etməyi özümüz üçün qanuna çevirməliyik. Düşünmürəm ki, yenidən sərt qaydalara qayıdaq. 13 rayon və şəhərdə karantin rejimin tədbiq edilməsi, tədrisin dayandırılması, toylara və digər mərasimlərə qadağa qoyulması bütün bunların hamısı mövcuddur. Sadəcə biz koronavirussla yaşamağı öyrənməliyik. Bu virusan qorunmağaı özümüzdə ciddi qaydaya çevirməliyik. Koronavirus həyatımızadan silinib getmir. Hətta elə ölkələr var ki, bir müddət əvvəl koronavirusa yoluxanların sayını sıfıra endirmişdi. Amma bu gün həmin ölkələrdə yoluxanların sayı yenidən artıb. Biz koronavirusla mübarizə aparmalı, onunla hər tərəfli döyüşməyi bacarmalıyıq. Hər halda bu gün Azərbaycan yoluxma sayına görə yuxarı mərtəbələrdə deyil. Görünən işlər koronavirusu yoluxanların sayını aşağı səviyyədə saxlamağa kömək etdi. Eləcə də koronavirusdan ölənlərin sayı elə də yuxarı səviyyədə deyil. İnanıram koronavirusa hamımızlıqla qalib gələcəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR