Nazirlər 4 saat nədən danışıb? – Ermənistanın Qarabağda işğalına son qoyulur
“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü haqqında bəyanat qənaətbəxş deyil. Bu bəyanatda öz müqəddəratını təyin etmə məsələsi haqqında heç bir söz yoxdur. Paşinyan deyir ki, danışıqlar prosesi yoxdur. Danışıqlar prosesi yoxdursa, nazirlər 4 saat nədən danışırdılar? Hava durumundan danışırdılar, yoxsa bir-birindən “işlərin necədir” deyə soruşurdular”.
Publika.az xəbər verir ki, bu barədə Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov XİN rəhbərlərinin “xalqları sülhə hazırlamaq” haqqında razılığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyətinin təcrübəsizliyi Qarabağ məsələsində erməni tərəfinin mövqelərinin itirilməsi ilə nəticələnir.
“Məmmədyarov bəyan edir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verməyə hazırdırlar, buna Ermənistandan heç kim reaksiya vermir”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət