Dərc edildi: Baxış sayı: 237
Nazir: “Tibb sahəsi üzrə təhsil almaq istəyənlərin 91%-nin təhsil xərci dövlət tərəfindən qarşılanır”
“Azərbaycanda ali məktəblərdə dövlət sifarişləri yerlərin sayı hesablanarkən üstünlük hər il tibb sahəsinə verilir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazir qeyd edib ki, dövlət sifarişli yerlərin təxminən 91%-i tibb sahəsi üzrə ayrılır:
“Bu o deməkdir ki, tibb sahəsi üzrə təhsil almaq istəyən 100 nəfərdən 91-nin təhsil xərci dövlət tərəfindən qarşılanır. Mövcud diqqət tibb sahəsi üzrə təhsilin əlçatanlığının təmin edilməsinə dəstəkdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət