Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazir pandemiya fonunda təhsildən danışdı: “Qərar verdik ki, qısa zaman ərzində...”

Nazir pandemiya fonunda təhsildən danışdı: “Qərar verdik ki, qısa zaman ərzində...”
Sakura

Nazir pandemiya fonunda təhsildən danışdı: “Qərar verdik ki, qısa zaman ərzində...”

“Koronavirus pandemiyası dünya üçün, eyni zamanda, təhsil sistemi üçün də gözlənilməz hadisə idi. İlk gündən qarşımıza məqsəd qoyduq: biz necə edək ki, nəzərdə tutulmayan dərs dayanmasının şagirdlərə, tələbələrə minimum zərəri dəysin”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib.

Onun sözlərinə görə, daxili müzakirələr zamanı qərara alınıb ki, ilk növbədə təhsil sahəsində əhatəlilik təmin edilsin:

“Qərar verdik ki, qısa zaman ərzində keyfiyyətli olaraq televiziya vasitəsilə təhsili auditoriyaya çatdıra bilərik. Mart ayının 3-də tədris prosesi dayandırıldı və bir həftə sonra “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımına start verildi. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etdi. Hər növbəti həftə biz proqramı genişləndirməyə çalışdıq”.

“Bu format 1 milyon 600 min şagirdə ən azı bundan istifadə etmək imkanı verir”, - deyə nazir qeyd edib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR