Nazir müavini: "QDİƏT məkanındakı münaqişələr təşkilatın inkişafına mənfi təsir göstərir"
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) məkanında mövcud olan münaqişələr bu təşkilatın inkişafına mənfi təsir göstərir".
“Report” xəbər verir ki, bunu Bakıda başa çatan QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevbildirib.
Nazir müavinin dediyinə görə, həmin münaqişələr ölkələrin səmərəli əməkdaşlığı yolunda maneələr yaradır, halbuki məhz iqtisadi əməkdaşlıq başlıca vəzifədir.
“Biz QDİƏT çərçivəsində siyasi məsələləri həll etmirik, çünki, bu, iqtisadi təşkilatdır. Elə bu səbəbdən də təşkilatın iclasında iştirak etmək üçün Bakıya gələn Ermənistan nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparmamışam”, – M.Məmmədquliyev qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət